Yuxarı

Plan çözülür: Məqsəd Türkiyənin şah damarını…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə İsrailin Roma anlaşması, Ərdoğanın rusiyalı həmkarına barışıq məktubu, bir gün sonra isə İstanbul terroru - hər üçündə baş rolda Türkiyənin yer aldığı sözügedən vacib hadisələr biri-birilə əlaqəlidir və bundan sonra bölgədə baş verəcək proseslərə birbaşa təsir edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, İstanbul terrorunu məhz Ankaranın İsrail və Rusiya ilə bağlı atdığı addımlarının nəticəsi kimi qiymətləndirib:

"İlkin açıqlamalarda ünvanın İŞİD olduğu göstərilir. Ancaq Türkiyə mediası 1982-ci ildə Ankara Əsənboğa hava limanında baş verən terror hadisəsi ilə paralellər apararaq, ASALA-nın hazırkı varisi PKK-ya işarə vurur. İstənilən halda hər iki terror təşkilatına qarşı aparılan ciddi əməliyyatlar belə bir "cavab" üçün əsas ola bilər. Ancaq Ankaranın son illərdə münasibətləri kəskin olduğu iki ölkə ilə razılaşmaya bu qədər yaxın olduğu zamanda belə bir miqyasda terrorun həyata keçirilməsi şübhələrə yol açır. Bu hadisədə xarici kəşfiyyatın da barmağı ola bilər. Son bir ildə Türkiyənin mərkəz şəhərlərinin hədəf seçilməsinin səbəbi bu ölkədə turizm sektorunun çökürtməkdir. Məqsəd Türkiyə iqtisadiyyatının şah damarını vurmaqdır. Hava limanının hədəf seçilməsi, birbaşa turizm sektoruna yönəlik həmlə, turistlərə mesajdır. Bu üstüörtülü jantaj isə Türkiyəni dizə gətirmək məqsədi daşıyır".

Analitik hesab edir ki, Rusiya və Türkiyənin AB ilə soyuq münasibətləri fonunda Ankaranın ciddi addımlar atması bölgədə baş verən proseslərə və Suriya məsələsinə ciddi təsir göstərəcək:

"İsraillə əldə edilən razılaşmaya paralel Rusiya ilə məktub diplomatiyası işə düşür, nəticədə Tel-Əvivlə qaz razılaşmasına Moskvanın mümkün müxalifliyi yumuşaldılır, hətta "Türk axını" layihəsinin yenidən aktuallaşması mühüm siyasi proseslərdir. Təyyarə olayından sonra Türkiyə Qərbdən lazımı dəstək ala bilmədi. Qərb rəsmi Ankaranın Suriya siyasətinə dəstək əvəzinə İŞİD faktorunu qabartmaqla faktiki Əsəd rejimi ilə bağlı məsələni arxa plana keçirdi və bununla da daha çox rəsmi Moskva və Tehranla maraqlarını uzlaşdırdı, ABŞ PYD və PKK-ya dəstəyini gücləndirməklə NATO üzvü olan müttəfiqini çətin duruma saldı, AB miqrant məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin üzərinə qoydu, Almaniya isə qondarma erməni soyqırımını tanıdı. Bütün bunların fonunda Türkiyənin Rusiya ilə barışmasından təbii heç nə ola bilməz. Lakin bunun bir bədəli olmalı idi. Bu bədəli İstanbulda 36 şəhid ödədi".

Qeyd edək ki, Atatürk Hava Limanında baş verən terror nəticəsində 36 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb.

Tarix
2016.06.29 / 14:06
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla