Yuxarı

Füzuli və Cəbrayılda güclü yanğın: Sərhədə yayıldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzuli və Cəbrayılda güclü yanğın: Sərhədə yayıldı - Video

00:39

Füzuli və Cəbrayıl rayonları ərazisində yanğınlar qeydə alınıb.

Axar.az xəbər verir ki, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində kolluq sahədə başlayıb.

Yanğın daha sonra genişlənərək Füzuli rayonunun Mirzənağılılar və Qazaxlar kəndi ərazilərinə də yayılıb.

Məlumata görə, yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə keçib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki, Cəbrayıl rayonunun Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən briqadası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Tarix
2026.01.08 / 09:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Rumen Radevlə görüşdü

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla