Yuxarı

Astarada ağır qəza: ata və oğulun vəziyyəti ağırdır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astarada ağır qəza: ata və oğulun vəziyyəti ağırdır

Astara rayonunun ucqar dağ kəndi Təxtənəkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili qarşıdan gələn, Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra “Ford Transit” markalı yük avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində “Niva” markalı avtomobilin sürücüsü Gülağa Əliyev, sərnişinlər – sürücünün oğlu, Rinə kənd sakini, 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, həmçinin Rinə kənd sakinləri, 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya ediliblər. Vəziyyətləri daha ağır qiymətləndirilən G.Əliyev və R.Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.09.19 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Rumen Radevlə görüşdü

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla