Yuxarı

Metroda yuxuya gedən sərxoş sərnişin - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox az hallarda da olsa, Bakı metrosunda sərxoş sərnişinlərə rast gəlmək mümkündür. Belə sərnişinlər nəinki digərlərinin narahatlığına səbəb olur, həmçinin onların təhlükəsizliyini də riskə atır. Məsələn, sərxoş birinin kimisə qatar reyslərinin üzərinə itələməsi mümkün ehtimaldır. Dünən əməkdaşlarımız Bakı metrosunda qatarda yerdə yatıb qalan sərxoş sərnişini lentə alıb. Maraqlıdır ki, sərxoş halda girişin qadağan olunduğu metroya bu şəxs necə daxil olub və bunun məsuliyyətini kim daşıyır?

Xəzər xəbər məlumat verir ki, sərxoş sərnişin qatarın içərisində oturacağın qabağında döşəmədə oturaraq yuxuya gedib. Bu, bir tərəfdən metrodan istifadə qaydalarının kobud şəkildə pozulmasıdırsa, digər tərəfdən sərnişinlərin narahatlığına səbəb olan hadisədir.

Sərxoş şəxsin polis nəzarətindən keçərək qatara necə daxil olması sual doğurur. Məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat xidmətindən bildirildi ki, sərxoş şəxslərin metropoliten ərazisində buraxılması qadağandır. Təhlükəsizliyə polis əməkdaşları cavabdeh olduğuna görə bu məsələ onların məsuliyyətindədir. Bakı Metropoliteninin mühafizəsi üzrə polis şöbəsi ilə əlaqə saxlasaq da, qurumdan bununla bağlı məlumat vermədilər.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, metroda baş verən bu hadisə nəticəsində digər vətəndaşlara hansısa ciddi zərər dəyməyibsə, bu, yalnız inzibati məsuliyyətə səbəb olur.

Yəqin ki, bundan sonra aidiyyatı qurumlar sərxoş şəxslərin metroya daxil olmasına daha ciddi nəzarət edəcəklər. Çünki sərxoş şəxslərin metroya daxil olandan sonra orda kiməsə zərər vurmaq, eləcə də platformada dayanan şəxslərin həyatında təhlükə yaratmaq ehtimalı çox böyükdür. Adi bir nəzarətsizlik hansısa sərnişinin həyatı bahasına başa gələ bilər.

Tarix
2017.01.11 / 23:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla