Yuxarı

Bakıda müəllimə mağazadan oğurluq etdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib. Oğurluq hadisəsi anbaan mağazanın nəzarət kameraları tərəfindən lentə alınıb.

Musavat.com xəbər verir ki, oğurluq anını əks etdirən videogörüntülər mağazanın sosial şəbəkədəki hesabından paylaşılıb. Hadisə Nəsimi rayonu ərazisində, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin yaxınlığında yerləşən mağazada baş verib. .

Videodan aydın olur ki, mağazaya daxil olan xanım əvvəlcə baxdığı paltarlardan birini seçərək kənara qoyur. Daha sonra isə həmin paltarı cəld şəkildə çantasına yerləşdirir. Oğurluq əməlini törədən şəxsin kimliyi ilə bağlı isə maraqlı fakt ortaya çıxıb.

Araşdırma zamanı məlum olub ki, görüntülərdəki xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəlliməsidir. O, universitetin kimya-texnologiya fakültəsinin müəlliməsi, dosent Tamara Ayralovadır.

Məsələ ilə bağlı ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib ki, Tamara Ayralova hazırda 10 günlük məzuniyyətədir. B.Nəzərov qeyd edib ki, adıçəkilən müəllimə öz hesabına məzuniyyətə çıxdıqdan bir neçə gün sonra rəhbərlik bu hadisədən xəbər tutub.

“Rəhbərliyin bu hadisədən məlumatı var. Dünəndən Tamara Ayralaova ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmaq istəyirlər. Ancaq telefonu söndürüldüyündən onunla əlaqə saxlamaq mümkün olmur”, - deyə B.Nəzərov açıqlamasına əlavə edib.

Tarix
2017.04.27 / 19:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla