Yuxarı

Əbdül Hüseynov Moskvada dünyasını dəyişdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim Əbdül Hüseynov vəfat edib.

APA-nın verdiyi məlumata görə, tanınmış yazıçı ömrünün 92-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Əbdül Ənbi oğlu Hüseynov 1925-ci il, oktyabrın 27-də Bakıda anadan olub. Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. “Səlahəddin”, “Mustafa xanın xəzinəsi”, “Əkinçi taxtda”, Ə.Xaqaninin həyatına həsr olunmuş “Şirvanlı zəvvar”, “Abşerondan Ontarioyadək”, “Arzamaslı qız”, “Biz əslən Bakıdanıq” və oxucuların maraqla qarşıladıqları bir sıra digər tarixi romanlar və povestlər onun qələminə məxsusdur. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. O, “Yılmaz Günel”, “Mövsün Ərtoğrul”, “Türk kinosu” və sair monoqrafiyaların müəllifidir.

Ə.Hüseynovun təkcə yaradıcılığı deyil, həyatı da Azərbaycanla bağlıdır. Moskvada və Bakıda çapdan çıxmış “XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı” kitabı buna əyani sübutdur. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Ə. Hüseynov həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin Mərkəzi Şuralarının üzvü də olub.

Tarix
2017.05.15 / 09:46
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla