Ana səhifə Hadisə |
14:15
İranda prezident seçkisi ilə bağlı maraqlı animasiya videosu yayılıb.
Kult.az xəbər verir ki, video “Teleqram” sosial şəbəkəsində paylaşılıb. Yeni videoda İranın eks-prezidenti Mahmud Əhmədinejad, İran Prezidenti Həsən Ruhani, İranın vitse-prezidenti İshaq Cahangiri, Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin personajları yaradılıb.
Klipdə Əhmədinejadın yenidən prezident olmaq istəməsi Ruhani və digərləri tərəfindən musiqi ilə tənqid edilib. Əhmədinejad isə onlara “Yenə gələcəm can, can” deyə cavab verib.
İranda sosial şəbəkə üzvləri arasında populyarlıq qazanan klipi təqdim edirik:
Mahnının sözlərinin sətri tərcüməsi
Ruhani: Mahmud nə üzlə meydana gəlib?
İshaq: Bu lətifələrinlə bizi bu qədər güldürmə
Ruhani: Mahmudun zibilləri çoxdur
Salehi: Mahmudun zibilləri çoxdur, nə üzlə meydana gəlir, bu sərxoş gülərüz ağa?
Əhmədinejad: Yenə gələcəm, can, can, can, can, can, can
Xor: hey, hey, hey, hey, hey, hey
Əhmedinejad: Korrupsiya vay, vay, vay, vay, vay, vay
Ruhani: Deyir ki, son 70 ildə mənim kimi dövlət başçısı olmayıb
Laricani: Düz deyir Əhməd, heç bir hökumətdə bu qədər pis rəis olmayıb
Zərif: Vay, demişdi yenidən namizəd olacam, ağa dedi olmaz
Əhmədinejad: Əvvəl iki qütbli idi, indi üç qütblüdür, amma yenə də olmur, can, can, can, can, can, can
Xor: Sanksiyalar yenə, yenə, yenə, yenə, yenə, yenə
Korrupsiya vay, vay, vay, vay, vay, vay,
Tarix
2017.05.19 / 15:11
|
Müəllif
İlkin Həsənov
|
Oxunub
8 023
|