Yuxarı

Bakıda hind aktyorunun şərəfinə ziyafət verildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın məşhur film aktyoru, Bollivud ulduzu Avinaş Saçdevin şərəfinə ziyafət verilib. Ziyafətdə xalq şairi, DAK-ın sədri Sabir Rüstəmxanlı, Azərbaycan – Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı, iş xanımı Məlahət Qurbanova, Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, ziyalılar, media və şou-biznes nümayəndələri iştirak edib.

Tədbirdə Bollivud ulduzu çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib:

"Səmimi olaraq etiraf edim ki, 3-4 ay bundan əvvəl xəyal edirdim ki, Azərbaycana gəlim, bu xalqla tanış olum. Çox sevinirəm ki, artıq yaxından tanış oldum. Sevincim çox yüksək səviyyədədir. Və əlavə edərək qeyd edim ki, Sabir müəllim, Tənzilə xanım, mənə göstərdiyiniz qayğıya görə minnətdarlığımı bildirirəm".

Azərbaycan – Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı da çıxış edərək qonaqları salamlayıb:

"Avinash Saçdevi sizin simanızda gözəl Azərbaycan xalqını gördü. Bunun üçün də tədbirdə iştirak edən hər kəsə təşəkkür edirəm".

Daha sonra Avinash Saçdeviyə Azərbaycan – Türkiyə Evinin adından mükafat və portret təqdim olunub. Təqdimatı DAK-ın sədri Sabir Rüstəmxanlı edib.
Ziyafət Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Qeyd edək ki, bu gün Avinaş Saçdevinin gəlişi ilə bağlı mətbuat konfransı da keçirilib. Sabah isə, yəni iyunun 28-də "Nizami" sinema-klubda imza günü və fanatları ilə görüşü nəzərdə tutulub. Məqsəd Hindistanla Azərbaycan arasında mədəni əlaqələrin qurulması və Avinaşın fanatları olan ölkələrdə Azərbaycanın təbliğatını aparmaqdır. Aktyor Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə 26-30 iyun tarixlərində ölkəmizdə səfərdə olacaq. Bu dəvət Azərbaycanın dünyada tanıdılmasına hesablanıb.

Xatırladaq ki, Avinaş Saçdevi Türkiyənin "Kanal 7" televiziyasında yayımlanan "Tatlı bəla" serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır. Bu ölkələrdən dəfələrlə dəvət olunsa da aktyor ilk olaraq Azərbaycana gəlməyi seçib.

Musavat.com

Tarix
2017.06.27 / 21:56
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla