Yuxarı

Azərbaycanda nümayiş etdirilən 18+ cizgi filmi...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda özəl kanallardan birində erotik elementlər olan cizgi filminin yayımı dayandırılıb.

Bu barədə Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, kanallarda əsasən xarici ölkə istehsalı olan cizgi filmləri nümayiş olunur: "Bir sıra hallarda yerli istehsal olan cizgi filmlərdən istifadə olunur. Belə cizgi filmlərinə çox vaxt dövlət büdcəsindən maliyyələşən telekanallarda rast gəlirik. Cizgi filmi seçimlərini kanalların uşaq redaksiyalarındakı mütəxəssilər edir və hazırda bununla bağlı ciddi bir problemlə qarşılaşmırıq. Ancaq əvvəllər bəzi problemlər olurdu. Belə ki, ilin əvvəlində "Space"in səhər efirində uşaqların dünya görüşünə, əqli, mənəvi inkişafına mənfi təsir göstərə biləcək cizgi filmlərinə rast gəlinmişdi. Həmin cizgi filmlərində erotik məqamlar - ehtiraslı öpüşmə, ehtiras doğuran rəqslər, bu rəqslərin təsirindən bihuş olma və s. var idi. Bu da, əlbəttə ki, uşaqlar üçün uyğun gəlmirdi. Daha sonra Şuranın müdaxiləsi ilə bu tip cizgi filmlərinin nümayişi dayandırıldı. Yaxşı olardı ki, kanallar cizgi filmini efirə verməzdən əvvəl onun məzmununa baxsınlar".

O, xarici cizgi filmlərin kütləvi yayımının uşaqların milli adət-ənənələrimizdən uzaq düşməsinə gətirib çıxara biləcəyini və bunun köklü problem olduğunu əlavə edib: "Mən bu məsələdə kanalları günahlandırmaq istəmirəm. Yerli cizgi filmlərində isə keyfiyyətdən deyil, kəmiyyətdən narazıyıq. Ölkədə cizgi filmlər çox çəkilməlidir ki, kanallarda onları alıb efirə versinlər".

Tarix
2017.10.26 / 15:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla