Yuxarı

Zaman “ötüşmür”, ötür – Yazıçıdan irad

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Az qala avtomobillər üçün lazımi avadanlıqların satıldığı bütün dükan və mağazaların üstündə “Ehtiyyat hissələri” sözlərini oxuyuruq. Başa düşmək olmur ki, iki dənə “y” hərfini yan-yana yazmaqla adamlar nə qazanır.

Kult.az xəbər verir ki, bu sözləri yazıçı Firuz Mustafa qeyd edib. O bildirib ki, şifahi və yazılı dilimizin təmizliyi hamını narahat etməlidir:

“Bu gün 2 saylı marşurut üzrə işləyən avtobusla Heydər Əliyev Sarayının yanından keçirdim. Dayanacaqda avtobus qısa müddətdə dayandı. Sərnişinlər düşən zaman ani olaraq sağa-sola nəzər saldım. Allı-güllü, rəngbərəng afişalar diqqətimi çəkdi. Sarayın sinəsinə vurulmuş nəhəng afişada “Ulduzların duetləri” yazılmışdı. Zahirən bu söz birləşməsində hər şey yerindədir. Amma dərindən fikirləşəndə görürsən ki, yox, burada “nəsə” yerində deyil. Axı niyə, nə üçün “Ulduzların duetləri” olmalıdır? Biz yazılı və şifahi nitqdə “adamların söhbətləri” yazır və ya deyirikmi? Əlbəttə, yox. Adətən, bu cür hallarda birinci söz cəm şəkilçisi qəbul edir, ikinci söz isə yox. Anoloji misalların sayını kifayət qədər artıra bilərik. Doğrudur, “Ulduzların duetləri” ifadəsinin dilimizin qayda-qanununa zidd olduğunu deyə bilmərik. Sadəcə olaraq, iki mümkün variantdan daha düzgün olanını seçmək pis olmazdı”.

Yazıçının sözlərinə görə, həmin afişa ilə üzbəüz divara vurulmuş digər lövhədə xalq artisti İlqar Muradovun iri portretinin yanında “Ötüşür zaman” sözü var:

“İlqar bəy mənim xoşladığım sənətkarlardan biridir. Bu, bəlkə də müğənninin oxuduğu hansısa mahnının adıdır. Bilmirəm. Burada da zahirən hər şey yerindədir. Yəni zamanın tez ötüb keçməsi vurğulanır. Amma bir az düşünəndə bu ifadədə də “nəsə” səhvlik olduğu ortaya çıxır. Bəyəm biz yazılı və şifahi nitqdə “adam qaçışır” yazır və ya deyirik? Xeyr, adam qaçışmır, adamlar qaçışır. Eləcə də, zaman və ya vaxt ötüşmür, amma illər, günlər (bir-biri ilə - red.) ötüşür. Deməli, “Ötüşür zaman” yox, “Ötür zaman” variantı daha məqbuldur”.

Yazıçı qeyd edib ki, bu deyilənlər kiçik iradlardır:

“Dilimizin təmizliyini hər birimiz qorumalıyıq”.

Tarix
2017.11.11 / 16:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla