Yuxarı

Britaniya parlamentində “Heydər Əliyev…”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi parlament müzakirələrində Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik tədqiqatın ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Böyük Britaniya Parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.

Kult.az xəbər verir ki, millət vəkili həmkarlarını bu dəyərli kitab vasitəsilə 20-ci əsrin görkəmli dövləti xadimi, Azərbaycan xalqının ümummilli lideri və Britaniyanın yaxın dostu olmuş Heydər Əliyevin tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış olmağı tövsiyə edib. Üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Bob Bləkmanın sözlərinə görə, bu kitab oxucunun diqqətini, həmçinin Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarından didərgin düşmüş insanların acı həyatına çəkir.

Qeyd edək ki, ingilis dillində “TEAS Press” Nəşriyyatında işıq üzü görən “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-tədqiqatın beynəlxalq təqdimatı cari ilin oktyabrın 31-də Böyük Britaniya parlamentində keçirilib. Təqdimatda Böyük Britaniya parlamentinin hər iki palatasının üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, tədqiqatçılar və Azərbaycan diasporunun iştirak edib.

Tarix
2017.11.13 / 14:48
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla