Yuxarı

Məşhur “Ozan”ın rejissoru, 24 yaşlı övlad itirən ata - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tanınmış rejissor Əmirhüseyn Məcidovun 80 illik yubileyi Dövlət Film Fondunda qeyd edilib.

Kult.az xəbər verir ki, Əmirhüseyn Ağaqulu oğlu Məcidov Azərbaycan Televiziyasının sayılıb-seçilən istedadlı rejissorlarından, özünəməxsus yaradıcılıq manerası, öz üslubu olan ustad sənətkarlarından biri idi. O, 1937-ci il noyabr ayının 30-da Xızı rayonunun Tudar kəndində dünyaya göz acıb. Ailəsi ilə Bakıya köçən Əmirhüseyn 1961-ci ildə Kitabxanaçılıq Texnikumunu, 1968-ci ildə isə Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) musiqili teatr aktyoru fakültəsini bitirib. Xalq artisti Soltan Dadaşovun kursunda dərs alıb. Tələbəlik dövründə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında (1964-1967) rejissor köməkçisi işləyib. “Zirvə”, “Arşın mal alan”, “Sehirli xalat” filmlərinin çəkilişində iştirak edib.

1967-ci ildən ömrünü televiziyaya bağlayıb. O, “Evrika”, “Sağlamlıq”, “Odlar diyarı”, “Şimşək”, “Səadət qadınlar klubu”, “Kitab köşkü” , “Yazıçılarımızın yaradıcılığından səhifələr”, “Səhər görüşləri” verilişlərinin rejissoru olub. Onun hazırladığı “Klassik irsimizdən” silsilə verilişləri televiziya ekranında ədəbi kökümüzə qayıdış idi.

1972-ci ildə Firudin Ağayevin ssenarisi əsasında “Ekran” Yaradıcılıq Birliyində çəkilmiş “Həyat, sən kiminsən?”qısametrajlı bədii televiziya filminin quruluşçu rejissoru da Əmirhüseyn Məcidov olub.

Azərbaycan Televiziyasında onlarla verilişə quruluş verən Ə.Məcidovun ən böyük uğuru 1981-ci ildə ekranlara çıxan “Ozan” folklor toplusuyla bağlıdır. 10 il tamaşaçıların ən sevimli verilişlərindən biri olan “Ozan” folklor toplusu Azərbaycan Televiziyası tarixində yeni bir səhifə açdı, təzə bədii-estetik telemühit yaratdı. Milli dəyərlərimizi, aşıq-ozan sənətimizi, adət-ənənəmizi ekranda canlandıran həmin veriliş tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Təsadüfi deyil ki, bir qədər sonra “Ozan” Respublika Dövlət Mükafatına təqdim olundu. Bu verilişin ünvanına hər ay 7000 mindən çox məktub gəlirdi. Bu, Milli Televiziya tariximizdə unikal bir hadisə idi.

Onun daha bir uğurlu işi vətənpərvərlik ruhunda hazırlanan müəllifi və rejissoru olduğu “Durna teli” verilişi idi.

Əmirhüseyn Məcidov “Tikanlı məftillər”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Polkovnik Şaber” kimi teletamaşaların rejissoru olub.

5 kitab müəllifidir. Pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. “M. Müşfiq” xatirə mükafatının təsisçisidir. “Araz” ədəbi ali mükafatına layiq görülüb.

1992-ci ildə uzun sürən xəstəlikdən sonra 24 yaşlı oğlu Elşən dünyasını dəyişib. O zamandan etibarən Elşən adını özünə təxəllüs kimi götürüb.

Əmirhüseyn Məcidov 2006-cı il martın 25-də vəfat edib.

Tarix
2017.11.30 / 22:58
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla