Yuxarı

Səməd Vurğunun bu sevgisini süngüyə taxmaq olar - Deputat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət adamlarının siyasi seçimi ətrafında müxalif camiyədən qaldırılan səs-küy NKVD irsinin əbədiyaşar mahiyyətini üzə çıxardı. Sən demə, o vaxtlar repressiya olunanların balaları indi böyük şövq və həvəslə başqalarını linç etməyə hazırdırlar. Axı sovet genləri hələ yaşayır.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc qeyd edib. Deputat bildirib ki, Arif Hacılının şair ruhu antihakimiyyət pamfletləri üzərində kökləndiyindən o, prezident seçkilərində yalnız inqilab marşları oxumağa aludədir:

“Müsavatın himnində onu Allaha bənzətmək elə də ədəbi qəbahət sayıla bilməz, çünki onu azad ruhlu adam qələmə alıb. Amma Səməd Vurğunun partiya sevgisini nə qədər desən süngüyə taxmaq olar. Nədən ki, böyük şairimiz ideologiyanın və dövrün tələbinə uyub. Gərək, gedib edam olunaydı. Sovet yazıçılarını Stalinin qələm ordusuna çevirəndən sonra Nikita Xruşov dövründə heç kəsə lazım olmayan Aleksandr Fadeyevin özünüqəsdinə ağlayan adamlar çox qəribə bir məntiqlə hərəkət edirlər.

Deməli, Əkrəm Əylislini gördüyü yuxulardan ayıltmaq üçün hakimiyyət rəsmilərinin və milyonlarla sadə vətəndaşın qəzəbi yazıçıya basqı sayıla bilər, amma “gənc demokratiya qvardiyaçıları”nı təşkilatlandırıb iqtidarın üstünə aparan Əli Kərimli Anarı, Afaqı, Amaliyanı, bir sözlə, müxalif himnlər bəsləməyən bütün sənətkarları mühakimə etməyə haqqı varmış. Görün, belələrində səlahiyyət olsaydı, neçə-neçə başları qələm kötüyünün üstünə sərərdilər.

Demokratiya dövrünün NKVD-si və balaca beriyalar təzədən pöhrələyib meydana çıxmağa can atırlar. Heç olmasa, onda qələm müqəddəs idi...”

Tarix
2018.02.15 / 17:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla