Yuxarı

Yumurtanın içindən elə bir şey çıxdı ki... - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür ki, sosial şəbəkələrdə yayılan bir görüntü əksər insanların narahatlığına səbəb olub. Belə ki, paytaxt sakini mağazadan yumurta alıb. Yumurta qaynadılan zaman ondan çıxan maye qaz piltəsinin üstündə qalaraq bərkiyib və qəribə maddə əmələ gəlib. Yumurtanı alan şəxs məhsulun insan orqanizminə zərərli ola biləcəyindən ehtiyat edib. Hətta sosial şəbəkələrdə yumurtanın süni olması ilə bağlı iddialar da irəli sürülüb. İqtisadiyyat Nazirliyinin laboratoriyasında yumurta ilə bağlı yoxlamalar aparılıb. Artıq nəticələr də məlumdur.

Xəzər xəbər-in məlumatına görə, görüntüləri lentə alan Xətai rayon sakini Ofeliya Məmmədova deyir ki, mağazadan aldıqları yumurta qaynadılan zaman çatlayıb. Yumurtadan çıxan şəffaf maye bir müddət sonra qaz piltəsinin üzərində bərkiyərək bu formaya düşüb.

Ofeliya Məmmədova ilk dəfədir belə halla üzləşdiyini deyir. O yumurtanın insan orqanizminə mənfi təsir edə biləcəyini ehtimal edir.

Yumurtanın alındığı mağazanın sahibi məhsulun Hacıqabul rayonunda yerləşən firmalardan biri tərəfindən gətirildiyini bildirib. Onun sözlərinə görə, belə qəribə vəziyyətlə heç zaman rastlaşmayıblar. Onlara bu haqda ilk dəfədir müraciət edilir.

Bu məsələ satılan yumurtanın keyfiyyətini gündəmə gətirir. Sözügedən hadisə ilə bağlı İqtisadiyyat Nazirliyinin müvafiq laboratoriyasında yoxlamalar aparılıb. Nazirliyin şöbə müdiri Elşad Həsənovun sözlərinə görə, analizin nəticələri yumurtanın keyfiyyətinin norma çərçivəsində olduğunu göstərib.

Şöbə müdiri qeyd edib ki, yumurtanın daxilindəki mayenin sonradan sərtləşməsi nəticəsində əmələ gələn maddənin yumurtaya heç bir aiddiyyəti yoxdur. O da əlavə edilib ki, hansısa vətəndaş bu və ya digər halla yenidən üzləşərsə, dərhal aiddiyyəti qurumlara məlumat versin.

Tarix
2018.02.16 / 01:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla