Yuxarı

Lavaş ermənilərin boğazında belə qaldı - Qalmaqal

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsrin əvvəllərinədək erməni lüğətlərində “lavaş” sözünə rast gəlinmir. Lakin 2014-cü il noyabrın 26-da Parisdə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasının gedişində Ermənistan “ənənəvi erməni çörəyi – lavaşın” qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün ərizə ilə müraciət etmişdi.

Kult.az xəbər verir ki. bu barədə təfərrüat Nazim Mustafa, Araz Qurbanov və Elşad Əlilinin müəllifliyi ilə yenicə dərc olunan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında əksini tapıb. Məlumatda bildirilir ki, Ermənistan tərəfinin quruma təqdim etdiyi fayl “Lavaş: ənənəvi erməni çörəyinin hazırlanması, əhəmiyyəti və xarici görünüşü mədəniyyətin ifadəsi kimi” adlanırdı.

“İlkin olaraq YUNESKO-nun Hökumətlərarası Komissiyası bu formulu qəbul etmişdi. Lakin Azərbaycan, İran və Türkiyə dərhal bu formula etiraz etdilər. İran tərəfi lavaşın qədim İran çörək növü olduğunu bildirdi. Azərbaycan lavaşın bütünlükdə bölgənin mədəni elementi olduğunu bəyan etdi. Türkiyə Azərbaycanın mövqeyinə dəstək verdi. Etirazlardan sonra UNESCO formulu dəyişərək faylı belə adlandırdı: “Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti və xarici görünüşü Ermənistanda mədəniyyətin ifadəsi kimi”, - məqalədə bildirilib.

Daha sonra kitabda lavaş haqda maraqlı məlumat əksini tapıb:

“Mayasız xəmirdən hazırlanmış lavaş tarixən Qafqazda, Türkiyədə, İranda, Orta Asiya və Volqaboyu bölgələrində yayılmışdır. Bəzi Şərq ölkələrində isə bu çörəyin öz regional adları vardır. Təkcə elə bu səbəbdən erməni tərəfinin bu məmulatı müstəsna olaraq öz mədəniyyətinə aid etmək cəhdləri heyrət doğurur. “Lavaş” sözü bir çox türk dillərində yayılıb və yalnız çörək adı deyil. Bu kəlmə bir çox nazik, yayılmış, laylanmış qida növlərinə də aid edilir. Erməni dilinin daşıyıcıları isə türk dilinin bu incəliklərini bilmədən “lavaş” sözünü sırf nazik yayılmış çörəyə şamil edirlər. “Lavaş” sözü XIII əsr türk mətnlərində qeydə alındığı halda, erməni lüğətlərində bu sözə hətta XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində də rast gəlinmir.

Qeyd edək ki, hələ XX əsrin birinci yarısında erməni mütəxəssisləri öz kitablarında lavaşın türklərə aid edilən mətbəx nümunəsi olduğunu etiraf edirdilər. Məsələn, 1940-cı ildə Moskvada “Azərbaycan mətbəxinin 50 yemək növü” adlı kitab (tərtibçilər S.İ.Mesropyan və V.İ.Sxirtladze) nəşr olunmuşdu. Müəlliflər Azərbaycan mətbəxinə aid olan “lülə kababı” barədə izahat verərkən, hazırlandıqdan sonra onun “Azərbaycan milli çörəyi olan lavaşa” bürünərək süfrəyə təqdim edildiyini yazmışlar. Təbii ki, S.İ.Mesropyan və V.İ.Sxirtladze kimi müəlliflər Cənubi Qafqazın mətbəxinə yaxından bələd idilər”.

Tarix
2018.02.24 / 08:30
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla