Yuxarı

Prezidentin Fəxri diplomu Anara təqdim edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 yaşı tamam olub.

Kult.az xəbər verir ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Yazıçılar Birliyində “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib.

Anarın şəxsiyyəti və yaradıcılığı haqqında söz açan Ə.Qarayev onu yubileyi münasibətilə təbrik edib, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edib. Xalq yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm nasir və dramaturq, həm də ictimai xadim kimi fenomen şəxsiyyət adlandırıb. Qeyd edib ki, Anar Azərbaycan ədəbiyyatının canlı tarixidir. Onun ədəbi və ictimai fəaliyyəti həmişə Azərbaycan dövlətçiliyinin, milliliyinin təbliğinə yönəlib. Buna görə də Xalq yazıçısının yubileyi nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd ediləcək.

Görüşdə bir sıra təkliflər irəli sürülüb. Ə.Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib.

Xalq yazıçısı dövlət başçısının onu təltif etməsinə və yubileyi münasibətilə təbrik məktubu ünvanlanmasına görə dərin minnətdarlığını ifadə edib.

Mərasimdə nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibləri iştirak ediblər.

Tarix
2018.03.14 / 16:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla