Yuxarı

Heydər Əliyev Ukraynada anıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərinin bazasında təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Konfransın ilk bölmə iclası Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda keçirilib.

ADU-dan Kult.az-a verilən məlumata görə, aprelin 12-də isə Kiev Milli Linqivistik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş birinci beynəlxalq elmi konfransın “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda bölmə iclası keçirilib.

Bölmə iclasında Kiyev Milli Linqvistik Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, səfirliyin əməkdaşları, Ukraynada Azərbaycan diaspor qurumlarının təmsilçiləri, eləcə də Azərbaycan Dillər Universiteti rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov, Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov iştirak edib.

Konfrans iştirakçılarını salamlayan Azərbaycanın Ukraynadakı Fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ümümmilli lider Heydər Əliyevin ölkəmizin tarixindəki yeri və rolu, Azərbaycan-Ukrayna münasibətlərinin dünəni və bu günü, eləcə də perspektivləri mövzusunda çıxış edib.

Bölmə iclasında çıxış edən universitetin rektoru professor R.V.Vasko məruzəsində Heydər Əliyevin xatirəsinin Ukraynada da əziz tutulduğunu vurğulayıb. Rektor bildirib ki, bu böyük tarixi şəxsiyyətin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına verdiyi töhfələr olduqca böyükdür.

Çıxış edənlər müstəqillik dövründə Azərbaycan-Ukrayna – dövlətlərarası əlaqələrin qurulmasında, eləcə də iki ölkə arasında elm, mədəniyyət və təhsil sahələrinin inkişafında Heydər Əliyevin rolunu xüsusi qeyd ediblər.

Kiev Milli Linqvistik Universitetinin tədris və beynəlxalq əlaqələr üzrə prorektoru prof.İ.İ.Seryakova, şərqşünaslıq fakültəsinin dekanı dos. S.V.Sorokin, Türkologiya kafedrasının müəllimi İ.Ə.Şıxızadə, Ukraynada Azərbaycanlı gənclər birliyinin rəhbəri İ.Allahverdiyeva, eləcə də tələbələrdən O.R.İlçenko, K.Ç.Əzizova, Q.M.Varvadyuk və başqaları Heydər Əliyevin cəmiyyətdə multikulturalizmin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, onun dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi sahəsindəki müstəsna xidmətlərindən danışıblar.

Tarix
2018.04.13 / 14:37
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla