Yuxarı

Selin fəsadları: İstixanalar dağıldı - Balakəndə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda Katex və Dəliçay çayları məcrasından çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Balakən rayon İcra Hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva məlumat verib.

İcra başçısının müavini bildirib ki, hər iki çayda daşqınlar dağlıq ərazilərdə yağıntının miqdarının həddindən artıq olması nəticəsində baş verib: "Aprelin 15-də dağlara güclü yağış yağıb. Nəticədə hər iki çay daşıb və ətraf kəndləri su basıb. Katex və Mahamalar kəndində həyətyanı sahələri, istixanaları su basıb. Bəzi həyətlərdə istixanalarda şitillər məhv olub. Bəzilərinin tütün sahələrini su basıb. Dərhal Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerində olub və ərazilər təmizlənib. Hazırda həyətyanı sahələrdə su yoxdur".

M.Nuriyeva bildirib ki, hadisə nəticəsində həmin kəndlərə elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb, kəndlər fasiləsiz enerji ilə təmin edilib.

Tarix
2018.04.17 / 01:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla