Yuxarı

Zaqatalada dəhşətli qəza: yaralılar var - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəza Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 132-ci kilometirliyində, Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

ARB TV xəbər verir ki, Balakən sakini 45 yaşlı Telman Kazımovun idarə etdiyi VAZ 2109 markalı 10-MK-147 dövlət nömrə nişanlı minik avtomobili ilə, Zaqatala sakini Şaban Ərəbovun idarə etdiyi VAZ 2108 markalı 62-BH-813 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

VAZ 2109 markalı avtomobildə sərnişin qismində olan Balakənin Qazbinə kənd sakini 21 yaşlı Arzu Bayramova, VAZ 2108 markalı avtomobilin sürücüsü Şaban Ərəbov, onun avtomobilində olan sərnişinlər Zaqatalanın Yuxarı Tala kənd sakini 26 yaşlı Nübar Hacıyeva və Balakənin Qullar kənd sakini 35 yaşlı Aynurə İsayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılardan Arzu Bayramova xəstəxananın reanimasiya şöbəsinə, Şaban Ərəbov isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Nübar Hacıyeva və Aynurə İsayevanın vəziyyəti yüngül olduğundan onlar ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Tarix
2018.05.21 / 18:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla