Yuxarı

TV-lərin indiki durumunun səbəbi sizsiniz - Mir Şahin

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Televiziyaların bu gün bu vəziyyətə düşməsinin birinci səbəbkarı qeyri-peşəkar tamaşaçıdır.

Kult.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib.

Mir Şahin onun televiziyasına təkrarın çox olması ilə bağlı iradlar səsləndirənlərə cavab vermək istədiyini bildirib:

“Xəbər istehsal edən televiziya həm də böyük bir meqamarketdir. Marketdə olan rəflərdə milyon dənə məhsul var. Məsələn, sizə diş təmizləyən fırça lazımdır, başqasına yağ lazımdır, digərinə ventilyator lazımdır və s. Yağın alıcısı marketin sahibinə əsəbləşməməlidir ki, niyə diş fırçası satır?! Market sahibi onu diş fırçası istəyən alıcı üçün satır. Televiziyada da elədir”.

Mir Şahin vurğulayıb ki, televiziyanın tamaşaçısı, eləcə də radionun dinləyicisi televiziyanın işinə qarışmamalıdır:

“Qırxayağın qırx ayağı var. Ondan birinci addımı hansı ayağı ilə atdığını soruşduqda çaşır, ümumiyyətlə, yeriyə bilmir. Televiziyalarımızın da əksəriyyətinin bu günə düşməsinin əsas səbəbkarı qeyri-peşəkar tamaşaçıdır. Bütün televiziya tamaşaçılarından xahiş edirəm, peşəkar tamaşaçı olun, peşəkar televiziyaçı olmağınız lazım deyil!”

Tarix
2018.06.09 / 14:37
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla