Yuxarı

Batan gəncin cəsədini kim çıxarıb? - FHN açıqladı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bəzi media orqanlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşının dənizdə batan gənci xilas etməməsi ilə bağlı yazı dərc olunub.

Məlumata görə, söhbət bu il iyulun 13-də axşam saatlarında Bilgəh ərazisində dənizdə batmış 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlundan gedir. Onun dostu Nadir Hüseynov iddia edib ki, ərazidə olan xilasedici dostunun köməyinə çatmayıb.

Nazirlikdən isə APA-ya bildirilib ki, iyulun 12-də saat 21:45-də FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin növbətçi hissəsinə “Bilgəh” Sularda Xilasetmə Məntəqəsindən Bakı şəhəri Sabunçu rayonu Bilgəh çimərliyi istiqamətində, məntəqə ərazisində çimmək qadağan olunduğu vaxtda bir nəfərin suda batması barədə məlumat daxil olub: “Məlumat alındıqdan dərhal sonra FHN-in müvafiq xidmətinin xilasediciləri axtarışa başlayb, hətta əlavə qüvvə olaraq saat 21:59-da xidmətin strukturuna daxil olan “Zağulba” Dalğıc Axtarış Qruplarının(DAQ) xüsusi dalğıc avadanlıqları ilə təchiz olunmuş şəxsi heyəti də hadisə yerinə göndərilib. Həmin gün saat 22:50-də Bakı şəhəri, Xətai rayonu Ə.Şıxlinski 47 ünvanında yaşayan, 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun cəsədi batdığı yerdən 15 metr kənarda “Zağulba” DAQ-ın dalğıcı daxili xidmət sıravisi Hacıbalayev Vladislav Davidoviç tərəfindən sudan çıxarılıb. Cəsəd Sabunçu rayon 14-cü polis bölməsinin sahə müvəkkili, polis kapitanı Muradov Akif Telman oğluna təhvil verilib”.

Qeyd edək ki, qaydalara əsasən, çimərlik ərazisindən istifadə saat 08.00-20.00 radələrində məqsədəuyğundur.

Tarix
2018.07.17 / 20:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla