Yuxarı

“Şərq”də Nuru Paşa Odası yaradıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq” qəzeti Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı mərasim keçirib.

Kult.az xəbər verir ki, mərasimdə redaksiya nəzdində ötən il yaradılan Milli Mətbuat Tarixi Muzeyinə əlavə olunan daha bir şöbə ziyarətçilər üçün açıq elan olunub. “Nuru Paşa Odası” adlanan bu şöbənin açılışında Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qonaqlara muzeylə bağlı məlumat verərək bildirib ki, yeni otaqdakı dəyərli eksponatlar və tarixi materiallar məhz Bakının xilaskarı – Nuru Paşanın və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tarixi ilə bağlıdır. Baş redaktor tədbir iştirakçılarına Qafqaz İslam Ordusunun yaradılmasını zəruri edən tarixi amillər, ordunun yaranması, Azərbaycana gəlişi, komandan Nuru Paşa, gərgin dövrdə Qafqaz İslam Ordusunun yaradılmasında əməyi keçən böyük şəxsiyyətlər barədə də danışıb.

Səfir Ərkan Özoral və millət vəkilləri görülən işi çox yüksək qiymətləndirərək, “Nuru Paşa Odası” adlanan şöbənin 15 sentyabr gününə dəyərli töhfə olduğunu vurğulayıblar.

Qeyd edək ki, ötən il “Şərq” qəzeti redaksiyasında Milli Mətbuat Tarixi Muzeyi fəaliyyət göstərməyə başlayıb. Muzeyin yaradılması həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə ərməğan edilib.

Tarix
2018.09.12 / 17:14
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla