Yuxarı

Amaliya Pənahova 3 gün əvvəl səhnədə idi... - Xalq artisti

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan teatrının qızıl illərini yaradan insanlar bir-bir bizi tərk edir. Amaliya Pənahova 2-3 gün bundan qabaq Akademik Milli Dram Teatrının səhnəsində sonuncu tamaşasını oynadı.

Bu sözləri Kult.az-a Amaliya Pənahovanın vəfatı ilə bağlı danışan xalq artisti Nurəddin Mehdixanlı deyib. O, aktrisanın vəfatından dolayı ailəsinə və teatr nümayəndələrinə başsağlığı verib:

“Həyatdır, bir gün gələn, bir gün gedir. Biz də itirə-itirə gedirik, təəssüf ki, böyük sənətçilərimizi itiririk. Amaliya Pənahova çox gözəl tərəfmüqabil, çox gözəl aktrisa idi. Özünün ayrıca teatrı var idi və ömrünün son gününə kimi səhnədə oldu. Gələcək nəsillər bilməlidir ki, bu böyük sənətçilər ömürlərinin son gününə qədər teatra, mədəniyyətə, xalqa xidmət ediblər”.

Qeyd edək ki, ötən gecə 73 yaşlı xalq artisti Amaliya Pənahova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Tarix
2018.11.08 / 15:54
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla