Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


Gülzar nənəyə qarşı qara piarı kim aparır?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların sevimlisi Gülzar nənəyə (İbrahimova) qarşı qara piar həyata keçirilir. Bunu yazıçı özü bildirib. Onun sözlərinə görə, sosial şəbəkədən başladılan kampaniyaya bir sıra qeyri-ciddi saytlar da qoşulub.

Yazıçının yazdığı “İlanlı dərə” nağılını hədəf götürənlər onun ümumi yaradıcılığına kölgə salırlar. G.İbrahimova məsələnin məqsədli və planlı şəkildə həyata keçirildiyini bildirir:

“Gülzar nənə" dediyimiz yazıçı xanım bizim azərbaycanlı balalara nə qədər özünü sevdirə bilibsə, düşmənimizdə də özünə o qədər nifrət yarada bilib. Yaradıcılıq qabiliyyəti ilə, sözü yerində demək bacarığı ilə, düşmənləri bütün dünyada ifşa edə bilən ədəbi-bədii əsərləri ilə”.

Onu da bildirək ki, Gülzar İbrahimovanın gənclərimizə ünvanladığı “Üç nəsihət”, “Gülzar İbrahimovanın ermənilərə Müraciəti”, düşmənlərinə “Mən bir gün Vətənimə qayıdacağam” deyə yazdığı məqalə, erməni vəhşiliyinin iç üzünü açıb göstərən “Bağışla məni, Sonam” hekayəsi, Xocalı soyqırımına həsr etdiyi “Evin kişisi”, 20 Yanvar faciəsinə aid olan “İlham və Fərizə”, eləcə də “Günahsız qarı”və “Pis qonşu” adlı digər nağılları düşmənə nə təhər yer eləyibsə, bu bütöv bir əsərlər toplusu rus dilinə tərcumə olunaraq düşmənin öz ədalətsiz müharibəsinə həsr etdiyi kitabına salınıb. Tarixi saxtalaşdırmaq məqsədi daşıyan kitabın adı belədir: “Armyanofobiya v Azerbaydjane”. 350 səhifədən ibarət kitabın elə 20-25 səhifəsini bizim Gülzar nənəmizin əsərləri tutub. Düşmən bununla yazıçı xanımı tənqid edir: “Baxın, Gülzar İbrahimova bizi dünyada biabır edir. Biz sülhsevər xalq ola-ola yazır ki, biz pis-pis əməllər törədirik!”

Ayıbdır! Elə düşmənin özündən ayıbdır ki, neçə-neçə belə faktlar internetdən, “Open Armenii” saytından hələ silinməyibkən biz öz fitri istedadlı, kişi qeyrətli, qorxmaz bir xanım yazarımızı özümüz tənqid eləyirik, hətta böhtan atıb, şərləyib söyürük.

Bu, hansı insanlığa sığar? O, gündüzləri balalarımız üçün çalışıb, gecələri internetlə “OPEN Armenii” saytının forum üzvləri ilə mübahisə edib, sözünü, nifrətini böyük məharətlə onlara çatdıra bilib. Üstəlik, sayt rəhbəri forum üzvlərinə belə bir ötkəm tapşırıq da verib: “Yazıçını tənqid və təhqir eləyənin müzakirəsi saytdan çıxarılacaq!”

Bəs biz neyləmişik? Tarixi bir əsərin açıq yazılmış bir hissəsi kontekstdən çıxarılaraq dərsliyə salınıb deyə, yazıçını o ki var söydürmüşük. Halbuki, heç salınmayıb.

Bəli, bu zərbəni vuran "baltanın sapı özümüzdən olduğu üçün” biz hamımız məsuliyyət daşıyırıq. Özü də bu zərbəni balalarımıza necə-neçə gözəl əsərlər yaratmış yazıçıya endirmişik, bu zavalı saytının baxış sayı 5 milyona çatan zəhmətkeş bir qadına yetirmişik.

Amma mən özümüzü, bizimkiləri yaxşı tanıyıram. Bizim aramızda 15 il bundan öncə yazılmış bir əsəri araşdırıb məqsədli şəkildə ortaya çıxaran çətin tapılar. Ən paxılımızın belə ağlına gəlməz ki, belə murdarlıq eləsin. Bu, düşmən əməlinə oxşayır. Artıq neçə illərdir ki, onları yaxşı tanıyırıq.

Biz məsələni araşdırmadan söyə də bilərik, döyə də bilərik. Amma 2007-ci ildə yazılmış nağılların içərisindən axtarıb-tapıb, bu nağılı seçmək!? Məharətlə onun guya dərsliyə salındığını "düz-qoş" edib camaatda bir gərginlik yaratmaq!? Bu, gəlin razılaşaq ki, çox bacarıqlı, hiyləgərlikdə “məkr məktəbi” keçmiş düşmənimizə xas olan xüsusiyyətdir. Burdan murdarlıq qoxusu, cəsusluq havası gəlir. Çünki yazıçı Gülzar İbrahimovanın yubiley yaşına cəmi 2 ay qalır. Yəqin, düşmən ehtiyatlanır, bu fikirlər onu narahat edir: “İnternet vasitəsilə Gülzar İbrahimovanın əsərləri sürətlə dünyaya yayılır. Birdən o “ad” alar, haqqımızda yazdıqları dünyaya yayılanda bəs necə olar?.. Puşkin də haqqımızda eyni sözləri deyib. Yazıb ki, biz oğruyuq, köləyik. Başqaları da murdar millət olduğumuzu yazıblar. İndi eyni fikirlərin daşıyıcısı olan daha bir yazıçının statusunun yüksəlməsinə yol vermək olmaz!"

Sonda G.İbrahimova bu piarı təşkil edənlərə səslənib: “Gəlin, biz bu haqda birgə düşünək...”

Tarix
2018.11.09 / 15:30
Müəllif
Ədil Ədilzadə
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dəmir yolu stansiyasından oğurluq edənlər yaxalandı

Azərbaycan səmasında qeyri-adi halqa - Foto

Polis Bakıda itkin düşən 11 yaşlı uşağı tapdı

Azərbaycanda sərnişin helikopterlə xilas edildi

Bakıda tanınmış prodakşn rəhbəri həbs edildi - Dələduzluq

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Məşhur aktyorun nəvəsinin qatilinə hökm oxundu

Tanınmış din alimi rektor təyin edildi

Azərbaycanlı biznesmen xanım Trampla fotosunu paylaşdı

MehmanXana məzhəkəsu uzanır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla