Yuxarı

Aytmatovun müasir lider etalonu adlandırdığı Prezident

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

“Qloballaşan dünyanın müasir liderinin etalonu” – məşhur yazıçı Çingiz Aytmatov Prezident İlham Əliyevi bu sözlərlə xarakterizə edib. Əlbəttə, İlham Əliyev birdən-birə lider və ya lider üçün etalona çevrilməyib. Bütün bu aspektlər hər zaman istedad, iti ağıl və yüksək mədəniyyətlə möhkəmlənib.

1977-ci ildə İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Onun həyatının 15 ili bura ilə bağlı olub: oxuyub, daha sonra aspirantura və nəhayət, müəllim kimi fəaliyyət göstərib. Dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi dərəcəsinə layiq görülüb.

İlham Əliyevin atası, ümummilli lider Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrindən azad edilir, Siyasi Büro üzvlüyündən çıxarılır və təqaüdə göndərilir. Bunun sovet dönəmində nə anlama gəldiyini asanlıqla təsəvvür etmək olar. Heydər Əliyevin ailəsi barədə hər yerdən soruşdular. Ancaq İlham Əliyevin çalışdığı institutdakı həmkarlarından dəstək gördü. MDBMİ-də birlikdə oxuduğu və çalışdığı insanlar ona dəstək olmağa, diqqət göstərməyə çalışdılar. İlham Əliyev Azərbaycanın prezidenti olanda (MDBMİ-nin məzunu olan ilk və tək prezident) universiteti ziyarət etdi. Ona fəxri doktor adı verildi, universitetin muzeyində İlham Əliyevə həsr olunmuş stend açıldı.

Müasir lider

İlham Əliyev “Əsrin müqaviləsi”nin hazırlanması və həyata keçirilməsinə böyük töhfə verib. Müqavilə 1994-cü ildə imzalanıb. Burada əsas rolu Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan oynayıb. 23 il sonra 2017-ci ilin 14 sentyabrında Bakıda “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinə dair yeni “Əsrin müqaviləsi” imzalandı. Müqaviləyə əsasən Azərbaycanın iştirak payı 11.6-dan 25 faizə qədər artdı.

Yüksək peşəkarlıq, diplomatik qabiliyyət – müasir liderin əsas keyfiyyətləridir. Məhz bunlar İlham Əliyevin siyasi karyerasının fərqli və cəlbedici xüsusiyyətləri sırasındadır. Prezidentlik dövrünün ilk günlərindən etibarən İlham Əliyev neft amilini xalqın və müstəqil Azərbaycanın mənafeyi naminə istifadə edir.

Sonradan prezident bu məsələ barəsində belə deyirdi:

“Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.

Uzun illər Azərbaycan ictimaiyyətini narahat edən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi İlham Əliyevin daimi diqqət mərkəzindədir. O, dəfələrlə qeyd edib ki, Azərbaycan Qarabağsız ola bilməz. Münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması – dövlət başçısının birmənalı mövqeyidir.

Azərbaycan prezidenti birmənalı və qəti şəkildə bildirib:

“Nə 5 il, nə 10 il, nə 15 il sonra, hətta 100 il sonra belə Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaq. Prezident olduğum müddətdə buna imkan verməyəcəyəm”.

Novatorluq və rasionalizm

İlham Əliyev hər yerdə novator və islahatçı yanaşmasını nümayiş etdirir. Dünyada baş verən proseslər və dəyişikliklərin məntiqinə əsaslanaraq Azərbaycanın daimi inkişafını sürətləndirən vacib addımlar qəbul edir. Azərbaycanla Aİ arasındakı yeni müqavilənin bağlanması üzrə danışıqlar prosesini başladan Brüssel səfəri, Nyu Yorkda BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməsinə çağırış etdiyi Baş Assambleyadakı çıxışı, Avropa ilə Asiyanı birləşdirən ən qısa yol olan Bakı-Tiflis-Qars dəmiryolunun açılışı ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Ticarəti limanında təntənəli mərasim, Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit, “Şimal-Cənub dəhlizi”nin yaradılmasına dair plan daxil olmaqla enerji və nəqliyyat sahələrində geniş layihələrin müzakirəsi və s. İlham Əliyevin “prezidentlik xronikası”nın yalnız bir hissəsidir.

İlham Əliyev uğurlu və özünəməxsus bir şəxsiyyətdir. Zəngin insani dəyərləri, kübar davranışı, rasional düşüncə tərzini, sarsılmaz vətənpərvərlik, praqmatizm və milli mentaliteti özündə birləşdirərək Azərbaycanın ictimai həyatına və siyasətinə yeni bir nəfəs, müasirlik və intellektualizm gətirir.

Mənəvi-siyasi və dövlətçilik irsi

İlham Heydər oğlu Əliyev atası Heydər Əliyevin mənəvi-siyasi və dövlətçilik irsini davam etdirən şəxsdir. O, ümummilli liderin siyasi kursuna tamamilə sadiqdir. Prinsiplərə sadiqlik, intellektual parıltı, cəmiyyətə qarşı açıqlıq, tolerantlıq, səmimiyyət və humanizm kimi keyfiyyətləri atasından miras qalıb. Heydər Əliyev kimi qətiyyət, enerji, zehni potensial və təşəbbüsə sahibdir. İdarəetmə keyfiyyətlərinə sahib olmaq, bu və ya digər problemin müzakirəsində fəal iştirak, müasir Qərb liderlərinə xas imic və ən əsası qüsursuz avtoritet Heydər Əliyev fenomeninin əsas göstəriciləri idi. İndi isə həmin keyfiyyətlər məhz İlham Əliyevi xarakterizə edir.

Ata və oğul xarakter cəhətdən səmimi insanlardır. Səmimiyyət sadə vətəndaşlarla ünsiyyət zamanı daha parlaq şəkildə özünü büruzə verir. Bütün müdrik dövlət xadimləri kimi İlham Əliyev də hər kəslə ümumi dil tapmağı, sadə vətəndaşlarla istənilən psixoloji baryeri aradan qaldırmağı bacarır.

Öz siyasi komandasının üzvlərinə qarşı münasibətdə də dövlət başçısı səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərəfdarıdır. Lakin bütün bunlar dövlət başçısının kifayət qədər sərt qərarlar qəbul etməsini də istisna etmir. Xarizmatik lider olan İlham Əliyev özünə qarşı da tələbkardır. İctimai fikirdə İlham Əliyev özünənəzarət və qanunun aliliyinin təminatçısı kimi tanınır. Sərt intizam və yüksək məsuliyyət hissi dövlət başçısının bütün fəaliyyətini əhatə edir.

Ailəsi

1983-cü ildə İlham Əliyev Mehriban Paşayeva ilə ailə həyatı qurub. Onlar Moskvada universitet illərində tanış olublar. Həmin illərdə Mehriban xanım Seçenov adına Tibb İnstitutunda təhsil alıb. 1985-ci ildə onların qızı Leyla, 1989-cu ildə isə Arzu dünyaya gəlib.

Mehriban Əliyevə xatırlayır: “1987-ci ildən sonrakı dövr bizim bütün ailəmiz üçün həqiqətən çox çətin keçdi. İlham ailəsi və övladlarının çətinlikləri duymaması üçün əlindən gələn hər şeyi etdi. O zaman böyük problemlər vardı. Demək olar ki, bizə heç kim kömək etmirdi. İlhamın enerjisi sayəsində biz çətinlikləri hiss etmədik”

1997-ci ildə babasının şərəfinə Heydər adı qoyulan evin ən kiçik övladı dünyaya gəlir.

***

İlham Əliyev bütün azərbaycanlıların prezidentidir. Ana dilindən əlavə prezident ingilis, rus, türk və fransız dilləri bilir. O öz xalqının oğlu olmaqla yanaşı, universal mənəvi dəyərlərə sadiq bir beynəlmiləlçidir.

Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, Azərbaycan kimi güclü bir dövlətinin olması ilə fəxr edir, öz Prezidenti İlham Əliyevin dəstəyini hiss edir.

Moskva-Bakı portalı

Tarix
2018.12.24 / 13:20
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla