Yuxarı

AzTV-də yaradılan qurumdan hər kanalda varmış, amma...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 6-da Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. Məqsəd kanalda nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasıdır. Maraqlıdır, digər kanallarda da analoji qurum yaradıla və efirdəki musiqi təqdimatında nizam yaradılması təmin edilə bilərmi?

Məsələ ilə bağlı ATV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Kult.az-a bildirilib ki, sözügedən Şura illərdir televiziyada mövcuddur:

“ATV kanalında neçə illərdir Bədii Şura fəaliyyət göstərir. Bu şuranın rəhbəri əməkdar jurnalist Vüqar Babayevdir. Vaxtaşırı olaraq televiziya rəhbərinin iştirakı ilə Bədii Şuranın toplantısı keçirilir, qərarlar qəbul olunur və müvafiq göstərişlər verilir. Şuranın tərkibinə televiziyanın rəhbərliyində təmsil olunan şəxslər də daxildir. Ümumiyyətlə, bizdə efirə gedən verilişlərlə bağlı mütəmadi olaraq toplantılar keçirilir və tövsiyələr verilir”.

“ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli isə bildirib ki, ARB TV-də 2 ilə yaxındır Bədii Şura yaradılıb:

“Şuraya tanınmış televiziya mütəxəssisi, sənətşünas Nadir Bədəlov rəhbərlik edir və şura tam tərkibi ilə ən azı ayda bir dəfə toplanır. İclaslarda televiziyamızın yaradıcı mühiti müzakirə edilir. Nöqsanlar və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq addımlar atılır. Televiziyamızın Bədii Şurası aparıcılarımız və veriliş redaktorları ilə vizual məhsullarımızın tamaşaçılara daha keyfiyyətli təqdim olunması üçün müvafiq işlər görür”.

“Speys” televiziyasından saytımıza verilən məlumata görə, burada da artıq bir neçə ildir Bədii Şura fəaliyyət göstərir.

Qeyd edək ki, mütəxəssislər də bəzi kanallarda Bədii Şura olduğunu, lakin formal xarakter daşıdığını bildirirlər. Onlar özəl televiziyalarda kommersiya məqsədinin öndə olduğuna görə Bədii Şuranın tələblərinə riayət edilmədiyini vurğulayırlar.

Tarix
2019.02.11 / 17:38
Müəllif
Billurə, Nərmin
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla