Yuxarı

“Drakon” ona qarşı cinayət işinin açılmasından danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqqımda cinayət işi açılması barədə yayılan məlumatlardan xəbərsizəm.

Bu sözləri Kult.az-a açıqlamasında məktəb direktorunu döydüyü deyilən “Drakon” ləqəbli aktyor Rza Rzayev barəsində Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsi barədə yayılan informasiyalara münasibət bildirərkən deyib. Aktyor bu barədə danışmaq istəmədiyini bildirib:

“Düzü, bu xəbəri indi sizdən eşidirəm. İltizam vermişəm, istintaq müddətində açıqlama verə bilmərəm. Bu məsələləri müstəntiqlə danışın”.

Qeyd edək ki, Musavat.com aktyor Rza Rzayevə qarşı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyünü yazıb. AzEdu.az saytı isə Rza Rzayevlə yanaşı onun bacısı oğlu Toğrul İbrahimli barəsində də cinayət açıldığını bildirib.

Xatırladaq ki, bir neçə ay əvvəl bacısının işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktor Tural Mirzəyev ilə mübahisə etmişdi. Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra Zeynəb Rzayevanın qardaşı Rza Rzayev direktorun yanına gələrək məsələni həll eləməyə çalışıb. Direktor otağında quraşdırdığı gizli kamera vasitəsi ilə qeydə alınan görüntüləri sonradan ictimailəşdirmişdi.

Bunun ardınca R.Rzayevin bacısı 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyninə qarşı iddia qaldırmışdı. Həmin vaxt artıq 175 saylı məktəbin direktoru olan T.Mirzəliyevin məhkəmədə iştirak etməsi və valideynləri qayınının maşını ilə məhkəməyə gətirməsi aktyorla direktor arasında mübahisəyə və davaya səbəb olmuşdu.

Tarix
2019.02.18 / 10:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla