Yuxarı

Əbülfəs Qarayev iki ölkə səfiri ilə görüşdü - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev iki ölkə səfiri ilə görüşdü - Foto

Ötən gün Mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Tailand Krallığının ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüşüb.

Kult.az xəbər verir ki, Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib. Səfir qeyd edib ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Daha sonra nazir Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudairi ilə görüşüb.

Azərbaycanın zəngin mədəni irsindən danışan nazir Əbülfəs Qarayev qeyd etdi ki, Şərqdə ilk opera, ilk simfonik orkestra məhz Azərbaycanda yaradılıb.

Nazir ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Səfir də öz növbəsində qeyd etdi ki, Azərbaycanla əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir.

Tərəflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparıb.

Nazir hər iki qonağı 2019-cu ilin may ayında Bakı şəhərində keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.

Tarix
2019.03.05 / 10:34
Müəllif
Kult.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla