Yuxarı

Kamil Zeynallı həbs edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:19

Kamil Zeynallının saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Kult.az-a açıqlamasında K.Zeynallıya məxsus “Limak Fitness Park”ın əməkdaşı, özünü idmançının köməkçisi kimi təqdim edən Rasim adlı şəxs deyib. O, əlavə məlumat vermək istəmədiyini bildirib.

K.Zeynallının meneceri isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Report idmançı Kamil Zeynallının polis tərəfindən saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinə aparıldığını xəbər verib. Xəbərdə idmançının İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) ittiham olunduğu qeyd edilib.

***

Xuliqanlıqda ittiham olunan Kamil Zeynalının barəsində məhkəmə qərarı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə Kamil Zeynallının barəsində polis tərəfindən tərtib edilmiş protokol araşdırılıb.

Məhkəmə araşdırma aparandan sonra Kamil Zeynallının barəsində 10 gün müddətinə həbs qərarı verib.

Daha sonra Kamil Zeynallı saxlanılması üçün müvəqqəti saxlanma təcridxanasına göndərilib.

Məlumata görə, 1986-cı il təvəllüdlü Kamil Zeynallı tanışı ilə mübahisə edib və mübahisə dava ilə nəticələnib. O, telefon vasitəsi ilə tanışını söyüb. Bu səbəbdən polislər onu saxlayıb.

Qeyd edək ki, Kamil Zeynallının bir müddət əvvəl tanışı ilə pul borcu üstündə mübahisəsi olub. Tanışı onu məhkəməyə verib, məhkəmə borcun ödənilməsi barədə qətnamə qəbul edib.

Tarix
2019.03.12 / 14:27
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla