Yuxarı

Ağstafada xalq yaradıcılığı ilə bağlı müşavirə - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Xalq Yaradıcılığının 2019-cu 2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na, Mədəniyyət Nazirliyinin 2019-cu ilin I yarımili üçün İş Planına müvafiq olaraq Tovuz rayon Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin xalq yaradıcılığı sahəsindəki fəaliyyətinə həsr edilmiş müşavirə keçirilib.

Kult.az xəbər verir ki, müşavirədə nazirliyin xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları, habelə Tovuz, Qazax və Ağstafa rayonlarının mədəniyyət mərkəzlərinin və digər klub müəssisələrinin və həmin müəssisələrdə fəaliyyət göstərən xalq yaradıcılığı dərnəklərinin rəhbərləri iştirak ediblər.

İlk olaraq adıçəkilən rayonlarda xalq yaradıcılığının inkişafı, qorunması, infrasturktunun cari vəziyyəti, görülməkdə olan və planlaşdırılan işlər barədə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirovun hesabatı dinləndilib. O, regionda xalq yaradıcılığının inkişafına göstərilən dəstək, gənc nəslə milli adət-ənənələrimizin, folklor yaddaşının aşılanması, qədim sənət növlərinin öyrədilməsi üçün mədəniyyət mərkəzləri, evləri və klublarının fəaliyyəti, potensial və perspektivləri barədə məlumat verib.

Qeyd edildi ki, YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ Siyahısı”na daxil edilmiş Azərbaycan aşıq sənəti regionda böyük tarixi inkişaf yolu keçmiş və hazırda əhalinin böyük maraq dairəsində olan sənət növüdür. Hazırda bir neçə klub müəssisəsi folklor istiqamətində profilləşdirilmiş və bu müəssisələrdə aşıq sənətinin qeyri-formal təhsil şəklində dərnəklər, birliklər vasitəsilə tədrisin xüsusi önəm verilir. Bildirildi ki, regionda olan 124 klub müəssisəsində 113 dərnək vardır ki, bu kollektivlərdə ümumilikdə 1000 nəfərədək həvəskar yaradıcı şəxslər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, öz istedad və bacarıqlarını nümayiş etdirir, mədəniyyətin müxtəlif sahələri ilə yaxından tanış olur. Bundan başqa 20 bədii özfəaliyyət və iki xalq kollektivinin fəaliyyəti, onların respublika və region səviyyəli tədbirlərdə fəal iştirakı vurğulanıb.

Müşavirədə nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Vüqar Məmmədov və şöbənin əməkdaşı Elgün Əliyevin Strateji Fəaliyyət Planında qeyri-maddi mədəni irsimizin qorunması, xalq yaradıcılığının inkişafı məqsədilə nəzərdə tutulan tədbirlər, bu sahədə müəssisələrin üzərinə düşən öhdəliklər barədə məruzələri dinlənilib. Kütləvi-mədəni tədbirlərin tədbirlərin, dərnəklərin təşkili zamanı müasir üsullardan, mədəniyyətin maarifləndirmə və təbliğat funksiyasından daha səmərəli istifadə barədə müvafiq tövsiyələr verilib.

Daha sonra aparıcı klub müəssisələrinin, dərnək və birliklərin rəhbərləri görülmüş işlər barədə çıxış edib. Çıxışda həll olunmalı məsələlər və mədəniyyət sahəsinə sponsor vəsaitinin cəlb edilməsi ilə bağlı təkliflər səsləndirilib.

Tarix
2019.04.16 / 16:58
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla