Yuxarı

Bakıda Ceyhun da başından vuruldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2001-ci il… Günorta çağı... ardıcıl atəş səsləri eşidilirdi taxtadan düzəltdiyimiz avtomatdan...

- Ceyhun, çıx, vuruldun.

- Yox. Başdan vurdu yoxdu!

- Cığallıq eləmə də, qaqa.

- Ətağa, başımı çıxarmışdım ancaq. Başdan vurdu yoxdu.

Məhəllənin sevimli dava-dava oyunu. Yarımtikililərin arasında iki komanda halında “döyüşürdük”. Kimi adi ağac budağından, kimi məftildən, kimi də qələmdən silah kimi istifadə edirdi. Bizim “güllələrimiz” bu səsi çıxarırdı – “da-da-da!”

Amma bu döyüşlərdən sonra hamı sağ-salamat evinə qayıdırdı. Hamını anası pəncərədən çağırırdı, hamını qoruyan bir pəncərə var idi.

***
2009-cu il... Səhər çağı... Ardıcıl atəş səsləri eşidildi sabah qəzetlərindən... Güllənin biri gicgaha atılmışdı, biri Allaha...

Həmin vaxt Slavyan Universitetində dərsdə idik, otaqda bir xəbər partladı: “ADNA-da atışmadır, tələbələri öldürüblər”.

Bu xəbərin ardınca polis və təcili yardım sirenaları ətrafı bürüdü.

Telefonda kanallarımızı açdım, hərəsində bir müğənni oxuyurdu. Hadisə barədə xəbər ala bilmirdik. Universitetdən çıxışımıza qadağa qoyulmuşdu. Amma narahat idik, çünki orada uşaqlıq dostlarımız oxuyurdu. Hansı ki, illərlə səhərdən axşamadək birlikdə oyunlar oynayıb, tonqal qalamış, qonşunun bağından heyva oğurlamış...dıq. Sonra isə uşaqlığın daşını atıb, ali məktəbə qəbul olmuşduq.

Yuxarıda haqqında bəhs etdiyim Ceyhun da ADNA-da təhsil alırdı. Qızıl kimi ürəyi var idi. Daha çox futbol oynasaq da, mən onu “dava-dava” oyununda “başdan vurdu yoxdu” deməsi ilə xatırlayıram. Bilmirəm səbəb nədir.

Bəlkə də səbəbini bilirəm. Çünki həmin gün mənə zəng edən başqa bir uşaqlıq dostumuz xəttin o başında bu sözləri demişdi:

- ADNA-da Ceyhun da vurulub. Başından...

Tarix
2019.04.30 / 16:06
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla