Yuxarı

Yeni fəaliyyətə başlayan kanal hansı işləri görür?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlıların AN.T (Aznyus Televiziyası) özəl media qurumu iyunun 1-dən fəaliyyətə başlayıb.

Kult.az xəbər verir ki, əsasən, İrandakı gündəm hadisələri yaymağı hədəfləyən televiziya peyk, veb-sayt, sosial şəbəkələr vasitəsilə izləyicilərə dünyada baş verən ən son xəbərləri və məlumatları da təqdim edir.

Verilişlər İsveçin Stokholm şəhərindən yayımlansa da, kanalın proqramlarını dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlər hazırlayır.

Televiziyada yayımlanması üçün 3 tip veriliş nəzərdə tutulub. Bunlara xəbərlər, mədəniyyət və əyləncə, siyasi debat verilişləri daxildir. Hazırda xəbərlər televiziyada yayımlanır. Mədəniyyət və əyləncə üçün nəzərdə tutulmuş verilişlərin bəziləri artıq yayımlanır, qalan hissəsi isə yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq. Ən yaxın zamanda isə siyasi debat verilişləri də yayımlanmağa başlayacaq. Televiziya hazırda test yayımındadır.

AN.T-nin televiziya proqramları “Yahsat” peykindən 11900 üfüqlükdə və http://www.aznews.tv saytında yayımlanacaq.

Portal azərbaycanlı izləyici auditoriyasının müxtəlif qruplarının, xüsusilə də gənclərin informasiya ehtiyaclarını ödəmək üçün yaradılıb. Məqsəd ölkədə demokratik dəyərləri yaymaq, dəqiq və obyektiv məlumatları peşəkarcasına çatdırmaqdır.

AN.T-nin veb-saytı oxuculara siyasi, incəsənət, tarix, elm və texnologiya, idman, iqtisadiyyat, hüquq və ətraf mühit daxil olmaqla, ayrı-ayrı bölmələrdə ən son xəbərlər, hesabatlar və təhlillər təqdim edir.

Tarix
2019.08.26 / 16:21
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla