Yuxarı

Dünyada ən qədim samovar Şəkidə tapılıb - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada ən qədim samovar Şəkidə tapılıb - Foto

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilmiş “Soleil” 9-cu Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.

Kult.az xəbər verir ki, tədbirdə Sozopol şəhərinin meri Katya Stoyanova, Bolqarıstan Mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Festival çərçivəsində “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı foto-sərgi, “Şəhər motivləri” bədii filmi nümayiş olunmuş və qonaqlara Azərbaycanın ənənəvi çay süfrəsi təqdim olunun.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova foto-sərginin zəngin xristianlıq irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini təqdim etdiyini söyləyib.

Daha sonra Azərbaycanda çay mərasimləri barədə məlumat verən səfir çayın Azərbaycanda ən məşhur içki növü olduğunu, bunun dostluq və mehribanlıqla assosiasiya olunduğunu qeyd edib.

Samovarda hazırlanan çayın xüsusi dada malik olmasını qeyd edən səfir azərbaycanlı arxeoloq Tufan Axundovun qazıntılar zamanı aşkar etdiyi gil samovarın dünyada tapılmış ən qədim samovar olduğu, Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhərində tapılan bu nümunənin 3.6 min yaşı olduğu barədə tədbir iştirakçılarına məlumat verib.

Gecədə çıxış edən şəhər meri K.Stoyanova və Mədəniyyət nazirinin müavini R.Dimitrov festivalın əhəmiyyətindən bəhs edərək festival ilə Sozopolda yay turizm mövsümünün başladığına diqqət çəkib, eyni zamanda Azərbaycanın ötən il olduğu kimi, bu il də festivalda iştirakını yüksək qiymətləndirib.

Tədbirin rəsmi açılışı Bolqarıstanın məşhur müğənnisi Yordanka Xristovanın konserti ilə baş tutub. Müğənni Azərbaycan və bolqar dillərində “Qaya” qrupunun “Ey həyat, sən nə qəribəsən” mahnısını ifa edib.

Qeyd edək ki, səfirlik Sozopol şəhərinin ictimai və mədəni həyatında böyük mədəni hadisə hesab olunan bu festivalda ötən il də iştirak edib. Festivalın ötən ilki sayında “Əli və Nino” filmi nümayiş olunub.

Tarix
2019.06.12 / 17:11
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

Azərbaycan Kanadaya başsağlığı verdi

Azərbaycan-Serbiya hərbi əməkdaşlıq planı imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla