Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2019


III Respublika Xalq Teatrları Festivalı başa çatdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov və teatr ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə səhnəyə Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanaraq III Respublika Xalq Teatrları Festivalında iştirak edən kollektivlər və münsiflər heyətinin üzvləri çıxıb.

Sonra baxış-seçim mərhələsini əks etdirən videoçarx nümayiş olunub.

Münsiflər heyətinin sədri, Əməkdar artist Loğman Kərimov çıxış edərək festival haqqında söz açıb. Qeyd edib ki, 23-24 iyun tarixində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi Bakı şəhərində keçirilib. Bu ilin aprel ayı ərzində festivalın Bakıda və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur nümayiş etdirmiş 13 kollektiv (İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak imkanı qazanıb.

Festivalın final mərhələsində tamaşalar 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında (doqquz tamaşa), iyunun 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında (4 tamaşa) nümayiş olunub.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yarandığı dövrdən uğurlarla müşayiət olunan zəngin bir yol keçdiyini deyib:

“Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr həyata keçirib. Böyük səhnə xadimlərimiz yetişib. O insanlar Azərbaycan xalqının mədəni həyatının inkişafına böyük töhfələr verərək adlarını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıblar. Bütün bunların əsasında xalqımızın istedadı və yaradıcılıq potensialı dayanır”.

Nazir ölkə mədəniyyətinin, incəsənətinin bu gün də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəniyyətinə, incəsənətinə və teatrlarının inkişafına xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq dünya miqyasında geniş təbliğ olunur.

Əbülfəs Qarayev III Respublika Xalq Teatrları Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, bu gün dövlət teatrları ilə yanaşı, uğurla fəaliyyət göstərən bir sıra xalq teatrları da var. Onlar maraqlı tamaşalar, diqqətəlayiq layihələr ortaya qoyurlar. Nazir ümidvar olduğunu bildirdi ki, iki ay ərzində keçirilən bu festival ölkəmizin teatr sənətinin gələcək inkişafına öz töhfələrini verəcək.

Daha sonra festivalın qaliblərinə mükafatlar təqdim olunub. III yerə Mərdəkan, Zaqatala, Yevlax xalq teatrları, II yerə Cəlilabad, Şərur xalq teatrları layiq görülüb. Şabran rayon xalq teatrı isə festivalın birincisi elan olunub.

Həmçinin festivalın digər iştirakçı kollektivlərinə müxtəlif nominasiyalarda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Sonda Şabran rayon xalq teatrının ifasında tamaşa nümayiş olunub.

Qeyd edək ki, ölkəmizdə ümumilikdə 39 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılığının inkişaf etdirilməsində bu kollektivlərin əhəmiyyətli rolu var.

Tarix
2019.06.25 / 12:40
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

FHN əməkdaşları maşında sıxılıb qalan şəxsi çıxardı

Qızı Zərdabinin sümüklərini niyə evdə saxlayıb?

İntiqam Valehoğluna vəzifə verildi

Mədəniyyət naziri “Real”a müsahibə verdi

Əbülfəs Qarayev jurnalistləri təbrik etdi

İki gün də geciksəydim, ölə bilərdim - Xalq artisti

İlham Əliyev jurnalistləri təbrik etdi

Masallıda 100 ədəd çinar ağacı yandı

Nar bağında baş vermiş yanğın söndürüldü

Bakıda restoranda kütləvi dava

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla