Yuxarı

Göygöldə baş vermiş yanğın söndürüldü - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göygöldə baş vermiş yanğın söndürüldü - Yeniləndi

21:32

Göygöl rayonunun meşəlik ərazisində yanğın baş verib.

Report-un məlumatına görə, hadisə yerinə Göygöl rayon dövlət yanğından mühafizə hissəsinin 2, Gəncə şəhər Hacıkənd qəsəbəsindən isə 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Hazırda, təxminən, 2 hektar ərazini əhatə edən yanğının qarşısının alınması üçün işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayon ərazisində olan meşəlikdə baş vermiş yanğın söndürülüb.

Məlumata görə, ümumi sahəsi 2 hektardan çox meşəliyin 0.5 hektara yaxın ərazisini əhatə edən yanğın söndürülüb və yanğının meşəlik əraziyə tam keçməsinin qarşısı alınıb. Yanğın zamanı iri və xırda gövlədi ağaclar və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hazırda ərazidə tüstülənmə olsa da yanğının qarşısı alınıb. Əraziyə Göygöl rayon Yanğından Mühafizə Hissəsinin 2 və kömək məqsədilə isə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 1, Gəncə bölməsindən isə (Hacıkənd qəsəbəsi) 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Əraziyə yaxın heç bir yaşayış massivi yoxdur və hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.

Tarix
2019.08.21 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla