Yuxarı

Azərbaycanın aparıcı bankına haker hücumu oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın aparıcı bankına haker hücumu oldu

“Bank of Baku” ASC-nin müştərilərinə hədəflənmiş fişinq xarakterli kiber-hücum cəhdləri olub.

Axar.az xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlamasında bildirilir.

Belə ki, naməlum hakerlər tərəfindən "Facebook" sosial şəbəkəsində reklam kampaniyasının yayımlanması məqsədilə müxtəlif səhifələr yaradılıb, səhifənin loqotip hissəsində bankın rəsmi loqotipi yerləşdirilib, məzmununda isə həmin bankın reklam kampaniyalarında istifadə etdiyi fotoşəkillərə oxşar şəkillər yüklənərək üzərində həqiqətə uyğun olmayan müxtəlif cəlbedici vədlər qeyd edilib.

“Reklam kampaniyasında istifadə olunan paylaşımda "Bank of Baku" ASC-nin "Instagram" sosial şəbəkəsindəki səhifəsi barədə məlumatlar yer alsa da, üzərinə klik etdikdə müxtəlif adlı domenlərdə fəaliyyət göstərən "fişinq" məzmunlu saytlara keçid təyin edilib (www.bankoffbaku.com). Qeyd olunan saytlar KİMM tərəfindən Azərbaycan vətəndaşlarını mümkün kiber-təhdidlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış "Qara siyahı" (blacklist.gov.az) xidmətində qara siyahıya salınıb. Vətəndaşlardan yalnız müvafiq banka məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir, oxşar hallarla qarşılaşdıqları halda KİMM-ə məlumat vermələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bir müddət öncə "Kapital Bank" ASC-yə qarşı da fişinq hücumu baş vermişdi. Belə ki, banıkn törəməsi olan "BirBank" MMC bank olmayan kredit təşkilatına (BOKT) məxsus korporativ stildə, üzərində “daxil ol 500 azn ve iphone xs max qazan” başlıqlı reklam kampaniyası gedib və bu yolla sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsinə cəhd edilib.

Tarix
2019.08.24 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla