Yuxarı

Özbək şair: Azərbaycan bizim ürəyimizdir! - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AzərKitab” Kitab Təbliği Mərkəzində, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (ABAİB), Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB), Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və ev sahibi qurumun təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin yaradıcılıq gecəsi və Özbəkistan sənətçilərinin “Azərbaycan, Qarabağ və sülh üçün oxu” klipinin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə RHİMİB sədri Arzu Bağırova açıb və bunun qardaşlıq mərasimi olduğunu vurğulayıb.

“AzərKitab”ın təsisçisi Sabir Həsənov belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb və gənclərin kitaba, sənətə, mədəni dəyərlərə daha böyük ölçüdə dönüşü üçün faydalı olduğunu deyib.

Çıxışdan sonra özbək sənətçilərin iştirakı ilə hazırlanmış klip böyük ekranda göstərilib.

Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov klip barədə fikirlərini bölüşüb:

“Gördüyünüz kimi, klipdə işğal edilmiş yerlərimiz, tarixi abidələrimiz göstərilib. Bir sıra xalq və müəllif mahnıları səsləndirilib. Klip “Qarabağ şikəstəsi” ilə bitir. Burada Cocuq Mərcanlıdan Şuşaya gedən yol göstərilir. Yəni klipdə yaşanmış ağrı, kədərimiz görünsə də, seyriçiyə daha böyük ölçüdə ümid və haqqın nazilsə də, üzülməyəcəyinə inam aşılanır”.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu cür layihələr iki ölkə arasındakı birliyin möhkəmlənməsinə xidmət edir:

“Buna bir musiqi layihəsi kimi baxmaq olmaz. Klipdə Özbəkistanın tanınmış sənətçiləri, istedadlı gəncləri yer alıb. Onlar Qarabağ üçün oxuyurlar. Özü də çox ürəklə, içdən oxuyurlar. İndi hamımız qəribə duyğular keçiririk... Sanki bir anlığa Qarabağa getdik. Özbək gənclərinə, sənətçilərinə, əlbəttə, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzimizə könül dolusu təşəkkür edirik! Hamımız türk dünyasında belə layihələrin həyata keçirilməsinə çalışmalıyıq”.

Daha sonra şair Əkbər Qoşalı Xasiyyət Rüstəmin yaradıcılıq məziyyətlərindən söz açıb:

“Xasiyyət xanım türk dünyasında tanınan bir imzadır. Onunla 10 il öncə İstanbulda, hava limanında qarşılaşmış, tanış olmuşuq. Böyük insan axınının içində, sanki illərin tanışı, doğması kimi, qeyri-ixtiyari bir-birimizə doğru addımladığımızı xatırlayıram. Mən onun yaradıcılığı ilə tanış olduqca gördüm ki, bu doğmalıq onun ruhundan gəlir – insana, sənətə və necə deyərlər, doğmalığın özünə doğmalıqdır bu…

Bu doğmalığı biz Xasiyyət xanımın baş redaktor olduğu qəzetdə Azərbaycan ədəbiyyatına ayrılan genişürəkli yerdə görürük. Çox şadam ki, Azərbaycanda da özbək ədəbiyyatı yaxından öyrənilir, sevilir. Bu öyrənilmə həm xəlqi, həm də akademik səviyyədədir.

Xasiyyət xanım və onun baş redaktoru olduğu qəzet çağdaş özbək ədəbiyyatında önəmli hadisədir”.

Xasiyyət Rüstəm çıxışında Azərbaycandan danışıb və “Qəzetimizin hər səhifəsində Azərbaycana yer ayırmaq borcumuzdur. Azərbaycan ürəyimizdir!” deyib.

Tədbirin sonunda Samir Abbasov Xasiyyət Rüstəmə və keçirilən silsilə tədbirlərdə xüsusi əməyi olan millət vəkili Qənirə Paşayevaya Azərbaycanın Özbəkistandakı səfirliyinin və rəhbəri olduğu Mədəniyyət Mərkəzinin “Fəxri diplom”unu təqdim edib.

Tarix
2019.10.14 / 11:59
Müəllif
Kult.az
Digər xəbərlər

Qalibaf təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

Fransanın Bakıdakı səfirliyində bayraqlar endirildi - Foto

"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - Video

Həlak olanlardan 7-sinin şəxsiyyəti müəyyənləşdi

Siyasi partiyalar təyyarə qəzası ilə bağlı bəyanat yaydı

Xəsarət alanlardan birinin şəxsiyyəti bəlli oldu

Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb?

Qazaxıstan reanimasiyada olanların sayını açıqladı

Bakı-Qroznı təyyarə qəzasında hərbi iz var – Vinoqradov

Putin Bakıya gələ bilər - Mühüm görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla