Yuxarı

Ölkəmiz 71-ci Frankfurt sərgisində təmsil olunur

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində 71-ci beynəlxalq kitab sərgisi işə başlayıb.

Kult.az xəbər verir ki, hər il təşkil olunan Frankfurt sərgisinə dünyanın əksər ölkələrindən müxtəlif nəşriyyat və poliqrafiya müəssisələri öz məhsullarını təqdim edirlər. Sərginin builki fəxri qonaq ölkəsi Norveç Krallığıdır.

Ölkəmizin ənənəvi olaraq təmsil olunduğu dünyanın ən böyük kitab sərgisində Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

Sərgidə ölkəmizin 56 kvadratmetr sahədə qədim Qız qalası və İçərişəhərin Qala divarlarının dizaynı ilə hazırlanmış xüsusi stendində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tarix və mədəniyyətimizə dair nəşrlər təqdim olunur.

Nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır. Sərgi çərçivəsində nəşriyyat və kitab işi ilə məşğul olan şirkətlər arasında işgüzar görüşlər, təqdimatlar təşkil olunur.

Oktyabrın 16-da, sərginin birinci günündə ölkəmizin stendində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ilə Türkiyə Respublikasının Frankfurt-Mayn şəhərindəki baş konsulu Burak Karartı arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında kitab və nəşriyyat işi sahəsində əlaqələr yüksək qiymətləndirilib. Vaqif Əliyev Mədəniyyət Nazirliyi tərəfindən 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində ölkəmizlə bağlı 40-dan çox kitabın Türkiyədə işıq üzü gördüyünü diqqətə çatdırıb. Söhbət zamanı bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 20-dək davam edəcək.

Tarix
2019.10.17 / 17:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla