Yuxarı

Gənclərimiz İrana səfərə yollandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclərimiz İrana səfərə yollandı

Azərbaycan Respublikası gənclərindən ibarət nümayəndə heyəti 8 noyabr tarixində Azərbaycan və İran gəncləri arasında dostluq həftəsində iştirak etmək məqsədilə İrana səfər edib.

Kult.az xəbər verir ki, qonaqlar səfər çərçivəsində məsul şəxslərlə, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcəklər.

Həmçinin onlar İslam İnqilabının qurucusunun müqəddəs məqbərəsini və şəhidlər xiyabanını ziyarət edəcək, İdman və Gənclər nazirliyinin məsul şəxsləri ilə görüşəcək, müqəddəs müdafiə muzey-bağ komleksini, Tehran kitabxana kompleksini, innovasiyalar kompleksini, parlamenti ziyarət edəcək, gənclər fraksiyasının rəhbəri ilə görüşəcək və bir neçə mədəni proqramda iştirak edəcəklər. Daha sonra nümayəndə heyəti çərşənbə axşamı müqəddəs Məşhədə səfər edəcəklər. Onlar burada İmam Rzanın müqəddəs məqbərəsini ziyarət edəcək, “Astane Qodse Rəzəvi” muzeyinə və Məşhəd gənclər evinə baş çəkəcəklər. Həmçinin onlar Xorasan Rəzəvi vilayətinin gənclər vətəndaş cəmiyyəti məclisi ilə görüş keçirəcəklər. Daha sonra Semnan vilayətinə səfər edəcək, bu vilayətin gənclər vətəndaş cəmiyyəti məclisinin seçkilərini müşahidə edəcək və tarixi məkanlarını ziyarət edəcəklər. Daha sonra Tehrana qayıdacaqlar. Azərbaycan Respublikası gənclərindən ibarət nümayəndə heyəti cümə günü Neqarestan kompleksinə, Məşq meydanına, Tehran İnqilab İdman mədəniyyət klubuna, Milad və Tehran qülləsinə baş çəkəcək və İdman və Gənclər nazirinin gənclərlə iş üzrə muavini Məhəmməd Mehdi Təndquyanın iştirakı ilə öz ölkələrinə yola salınacaqlar.

Tarix
2019.11.08 / 15:25
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla