Yuxarı

Müğənni türmədə ölüm ayağında olan qardaşına baş çəkdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib.

Axar.az xəbər verir ki, bu haqda Musavat.com-a Kazım Kazımzadənin oğlu Ələsgər Kazımzadə danışıb.

“Atam 2018-ci ildə müalicə müəssisəsində saxlanır. Onu ötən il müayinə etdilər. Məlum oldu ki, 3-cü dərəcəli xərçəngdir. O vaxtdan müalicə müəssisəsinə köçürüblər, orada saxlayırlar. Atam əməliyyat olunmalıdır. Müalicə müəssisəsində isə belə bir imkan yoxdur. Xəstəliyə qədər atamın 80 kiloqram çəkisi vardı, hazırda 40 kiloqrama qədər arıqlayıb, ağzından qan gəlir, artıq danışa da bilmir. Biz dəfələrlə müraciət etmişik ki, atamı azad etsinlər, onu əməliyyat etdirək. Məktublar yazmışıq. Amma baxan yoxdur. Məcbur qalıb saytlara da, qəzetlərə də müraciət etdik”, – deyə Ə.Kazımzadə bildirdi.

Onun sözlərinə görə, bibisi Aygün Kazımova qardaşının ölüm ayağında olmasından mətbuatdan xəbər tutub:

“Bizim onunla əlaqəmiz yoxdur. İndi elə vəziyyətdir ki, hər yerə əl atırıq ki, atamı xilas edək. Mən rayondaydım, bu gün Bakıya gəlmişəm. Dedilər ki, bibim ora gedib, əsəbiləşib. Biz istəyirik ki, atamı azad etsinlər, müalicə edək. Orada müalicə üçün imkanlar yoxdur”.

Kazım Kazımzadə atasının ölkə rəhbərliyinə müraciətini də redaksiyamıza yollayıb:

“Artıq atam nitq qabiliyyətini belə itirməyə başlayıb. Xəstəliyi daha da şiddətlənib. Hazırda heç nə yemir, su belə içmir və danışması ağırlaşıb, pıçıltı ilə danışır”.

Məsələ ilə bağlı xalq artisti Aygün Kazımovanı da aradıq. Müğənni sorğumuzu cavabsız buraxdı.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən məhkum Kazım Kazımzadə ilə bağlı sorğumuzu cavablandırmadılar.

Tarix
2019.11.15 / 16:39
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla