Yuxarı

Novruzlunun həyatında qanlı və sirli 20 rəqəmi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruzlunun həyatında qanlı və sirli 20 rəqəmi - Video

Bu gün mərhum müğənni, aktyor Novruz Novruzlunun anım günüdür.

Kult.az xatırladır ki, Novruz Novruzlu 1960-cı il mayın 12-də Ordubadda anadan olub. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Bu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra Firudin Mehdiyevin səhnələşdirdiyi “O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu canlandırıb.

O, ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

20 Yanvar faciəsi baş verdikdən sonra dostları ilə birgə “Savalan” qrupunu yaradıb. Novruz Novruzlu “Savalan” qrupunun yaradılması haqda danışarkən bunları deyib:

“Millətin dərdinə qoşulduq. Bu, bütün millətimizin kədəri idi. 20 Yanvardan sonra millətin halı, şəhidlərin olması təsir etdi. İçimizin o vaxtkı halını, hayqırtısını bu yolla ifa edirdik”.

Xalqın bir ağır günündə - 20 Yanvarda onun dərdinə şərik çıxaraq, dini-mistik vətənpərvər musiqilər ifa edən “Savalan” qrupunu yaradan Novruz Novruzlu başqa bir ağır günündə - Qarakənd faciəsinin ildönümündə, yəni noyabrın 20-də 58 yaşında vəfat edib.

Tarix
2019.11.20 / 14:26
Müəllif
Aqşin
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla