Yuxarı

Həmkarlarından xalq artistinə: Qoca vaxtında...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlik Dadaşovu Məlik Dadaşov edən, o mərtəbəyə qaldıran Ədil (Adil) İsgəndərovdur. Məlik Dadaşov mənim müəllimim olub. Məlik müəllim “kapriz” adam idi. Ədil müəllim də belə şeyləri xoşlamırdı.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudov xalq artisti Rafael Dadaşovun SSRİ xalq artisti Adil İsgəndərovla bağlı qalmaqallı açıqlamasına münasibət bildirərkən deyib. O, A.İsgəndərovun tək bir nəfərə yox, məsuliyyətsizlik edən hər kəsə sərt davrandığını bildirib:

“Məlik Dadaşovla işləmişəm, adamı çox incidirdi. Bu sənətdir, kinodur, işi vaxtında təhvil vermək lazım idi. A.İsgəndərov ciddi insan idi. Məsələn, məni, xalq artisti Leyla Bədirbəylini gecikməyə görə studiyadan qovmuşdu. Belə şeyləri vardı.

Ədil müəllim Rafael Dadaşova necə qadağa qoya bilərdi ki?! O boyda “Axırıncı aşırım” filmində atası Məlik Dadaşovu özü ilə yanaşı Qəmlo obrazına çəkdi. Rafael Dadaşovdan heç belə şey gözləməzdim. Heç kəs Rafael Dadaşovu atasına görə incitməyib. Sadəcə, Məlik Dadaşov nəhəng sənətkar olsa da, xasiyyəti tünd idi. Hər ikisi Azərbaycan mədəniyyətinə töhfə verib. Rafael Dadaşovun qoca vaxtında belə söz danışması ona yaraşmaz!

Ədil müəllim müqəddəs bir şəxsiyyətdir. Azərbaycanda kim onun ünvanına bir söz deyirsə, elə bil, əstəğfürullah, Allaha, Peyğəmbərə asilik edir”.

Əməkdar artist Zilli Namazov da Rafael Dadaşovun açıqlamasını birmənalı qarşılamayıb:

“Adil bəy çox yaxşı insan idi, böyük sənətkar idi. Tələbələrini çox istəyirdi. O, tələbələri ilə müəllim-tələbə yox, dost olub. O, tələbələri Elxan Qasımov, Əbdül Mahmudov və başqalarını Moskvaya oxumağa göndərib. Yəni inanmıram ki, o, kiminləsə prinsip aparsın.

Məlik Dadaşovla Adil İsgəndərovun aralarında problem olması ilə bağlı ilk dəfədir eşidirəm. Rafael bəyin niyə belə bir açıqlama verdiyini bilmirəm. Belə bir şey ola bilməz! Onu deyə bilərəm ki, Ədil bəy həm də çox səxavətli, əliaçıq adam olub. O, hər zaman sənətkarları sevib, ürəklə işləyən sənət adamlarına imkan yaradıb”.

A.İsgəndərovun tələbəsi, xalq artisti Ənvər Həsənov isə Məlik Dadaşovla Adil İsgəndərovun münasibətlərinin yaxşı olduğunu söyləyib:

“Mən həm Ədil müəllimi, həm də Məlik Dadaşovu çox gözəl tanıyırdım. İkisi ilə də işləmişəm. Ancaq onların münasibətinin pis olması haqda nəsə eşitməmişəm. Dəqiq bildiyim odur ki, hər zaman bir-birilərinə çox gözəl münasibət göstəriblər. Adil İsgəndərov elə bir adam idi ki, Məlik Dadaşovla aralarında problem olsaydı belə, heç vaxt bunun heyfini oğlu Rafaeldən çıxmazdı. 1966-ci ildən 1974-cü ilə qədər Kinostudiyada direktor işlədiyi vaxt mən ondan belə bir şey görməmişəm. İnanmıram ki, Ədil müəllim kiməsə mane olsun, onu qabağa getməyə qoymasın”.

A.İsgəndərovun tələbəsi, əməkdar artist Elxan Qasımov isə R.Dadaşovun bu iddiaları haqda danışmağa belə lüzum görmədiyini bildirib və İsgəndərovun çox gözəl müəllim, böyük sənətkar olduğunu vurğulayıb.

Qeyd edək ki, xalq artisti Rafael Dadaşov ATV-də yayımlanan “Zaurla günaydın” verilişində SSRİ xalq artisti, məşhur rejissor və aktyor Adil (Ədil) İsgəndərovun onu ali məktəbə qəbul etmək istəməməsindən, daha sonra isə “Azərbaycanfilm”in baş direktoru olarkən ona rol verməməsindən bəhs edib. O iddia edib ki, atası ilə (Məlik Dadaşov) münasibətləri yaxşı olmadığına görə A.İsgəndərov ona qarşı ədalətsizlik edib.

Tarix
2019.11.25 / 16:11
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla