Yuxarı

Kamal Abdullanın kitabı Buxarestdə işıq üzü gördü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın kitabı Buxarestdə işıq üzü gördü

Xalq yazıçısı Kamal Abdullanın “Sehirbazlar dərəsi” romanı Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında təqdim olunub.

Kult.az xəbər verir ki, hər il keçirilən yarmarkada 400-dən çox rumın və xarici nəşriyyatlar, tipoqrafiyalar, mədəniyyət mərkəzləri, institutlar, ədəbi agentliklər, kitabxanalar və s. təmsil olunur. Üç mindən çox müəllifin iştirak etdiyi kitab yarmarkasında 26 ildir ki, Azərbaycandan yeganə müəllif olaraq Kamal Abdullanın adı çəkilir.

Təqdimat mərasimində tərcümə prosesindən danışan tərcüməçi Lyudmila Bejenaru Rumıniyada bu romanın maraqla qarşılandığını diqqətə çatdırıb. O, “Sehrbazlar dərəsi”nin Kamal Abdullanın yaradıcılığında mühüm rol oynayan əsərlərdən olduğunu deyib. Tərcümə prosesindən danışan ədəbiyyatşünas fərqli mədəniyyətə malik olduqlarına görə tərcümənin asan olmadığını söyləyib.

Mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, sufi dərvişlərin həyatından bəhs edən mistik roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib.

Şair Daniel Korb paralel dünyaların təsvirlərini verən Kamal Abdullanın bütün təsvirləri xalqının adət və ənənələri fonunda təqdim etmək qabiliyyətini yüksək qiymətləndirib.

Müxtəlif dillərdə təqdim edilən “Sehrbazlar dərəsi” romanının orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsulu olması da tədbirdə xüsusi vurğulanıb.

Qeyd edək ki, kitabı rumın dilinə Rumıniyanın “Al və Kuza” Yas Universitetinin dosenti Lyudmila Bejenaru və onun tələbəsi İrina Milea tərcümə edib.

Tarix
2019.11.26 / 18:06
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bakı ilə bağlı dezinformasiya: Tramp da ittiham edirdi...

Köçəryan 100 erməni hərbçisini belə məhv edib - Şok faktlar

Əgər Azərbaycan müharibə istəyirsə...

Zaxarova: Azərbaycana lazımı kömək göstərilir

Rusiyadan azərbaycanlıların ölümü ilə bağlı açıqlama

Azərbaycanlıların öldüyü gəmilər... - Foto

Son 2 gün: Ermənistanda kim qalib gələcək?

Azərbaycanlıların idarə etdiyi gəmiləri kim vurub? – Video

İsrail ordusunun Azərbaycanda yerləşdirilməsi... - XİN

MEDİA CNN-dən üzr və təkzib tələb etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla