Yuxarı

Nəsiminin Hələbdəki məzarı təmir olundu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələbdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məzarı təmir olunub.

Axar.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında İmaddədin Nəsimi şəcərəsinin Hələb şəhərində yaşayan nümayəndəsi Bəşşar Nəsimi bin Əhməd Cövdət deyib:

"Bu il Azərbaycan hökuməti Azərbaycanda "Nəsimi ili” elan etdi. Bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi, Suriyada gedən müharibə nəticəsində məzar tamamilə dağılmışdı. Ona görə burada hər hansı tikinti işlərinin aparılması riskli idi. Bu səbəbdən illərdir ki, Nəsiminin məzarı baxımsız vəziyyətdə qalmışdı”.

Bəşşar Nəsimi qeyd edib ki, ailə olaraq məzarlığı təmir etmək qərarına gəliblər:

"Qərara gəldik ki, şəxsi büdcəmiz hesabına Nəsiminin məzarını təmir edək. Çünki bura dünyanın bir çox ölkələrindən ziyarətçilər gəlir. Ona görə də təmir işləri aparmağa nail olduq”.

Qeyd edək ki, Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə həyata keçirilir.

Tarix
2019.12.05 / 14:27
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla