Yuxarı

İtkin düşmüş yeniyetmə tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtkin düşmüş yeniyetmə tapıldı

2020.01.12 22:51

Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.

Axar.az xəbər verir ki, bu barədə AFN-ə Mədinənin əmisi Məmmədov Təzəxan məlumat verib.

Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar:

"Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Çox müəmmalı surətdə yoxa çıxıb Mədinə. 102-yə zəng edib məlumat verdik. Gəldilər izahat aldılar. Polis deyir ki, bir şey olsa, deyəcəyik. Mədinənin qardaşı deyir, həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur".

24-cü Polis Bölməsinin növbətçisi Zaur Məmmədov bildirib ki, baş vermiş hadisə ilə bağlı ailənin ərizəsi qəbul edilib və hazırda axtarış əməliyyatları aparılır:

"Bakı üzrə bütün aidiyyəti qurumlara məlumat verilib. Kameralara da baxılıb, baxış davam edir. Bir məlumat olan kimi ailəyə xəbər veriləcək".

***

Yanvarın 12-də müəmmalı şəkildə itdiyi bildirilən 14 yaşlı Mədinə Məmmədova tapılıb.

Bu barədə M.Məmmədovanın əmisi Təzəxan Məmmədov məlumat verib.

O bildirib ki, qardaşı qızı hazırda polisdə izahat verir.

"Hələ ki, məsələnin mahiyyəti bizə də məlum deyil, çıxsın öyrənəcəyik", - T.Məmmədov qeyd edib.

Tarix
2020.01.13 / 01:36
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

İlham Əliyev Qətər əmirini təbrik etdi

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla