Yuxarı

ABŞ-ın Azərbaycana investisiyaları 47 faiz artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Azərbaycana investisiyaları 47 faiz artdı

Bu ilin ilk yarısında ABŞ-ın Azərbaycana birbaşa investisiyalarının həcmi 131,6 milyon ABŞ dolları təşkil edib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi “2026-cı ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xarici iqtisadiyyatlara yönəldilmiş birbaşa xarici investisiyalar” hesabatında deyilir.

Hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,1 milyon dollar və ya 47 faiz çoxdur. Hesabat ilində ABŞ-dan Azərbaycana birbaşa investisiyaların ümumi həcmində ABŞ investisiyalarının payı 3,6 faiz təşkil edib.

AMB-nin məlumatına əsasən, Azərbaycan 2026-cı ilin birinci yarısında ABŞ iqtisadiyyatına 102 milyon dollar investisiya yatırıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,4 milyon dollar və ya 31,4 faiz çoxdur. Qeyd olunur ki, Azərbaycanın ABŞ-a yönəltdiyi investisiyaların ABŞ-a yönəldilmiş birbaşa xarici investisiyaların ümumi həcmində payı 2 faiz təşkil edib.

Bankın hesablamalarına görə, 2026-cı ilin birinci yarısında ABŞ-dan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 131,6 milyon dollar, əks istiqamətdə isə 102 milyon dollar təşkil edib.

Qeyd edək ki, AMB-nin məlumatına görə, cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 3,667 milyard ABŞ dollarını ötüb ki, bu da 2025-ci ilin birinci yarısının göstəricisi ilə müqayisədə 444 milyon dollar və ya 13,8 faiz çoxdur.

Hesabat ilində Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 5 milyard dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard dollar və ya 3,7 dəfə çoxdur.

Tarix
2026.09.15 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla