Yuxarı

Rusiya Polşadan yağmalanan rəsmləri qaytarmadı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya II Dünya müharibəsi zamanı Polşadan SSRİ-yə aparılan rəsmləri geri qaytarmağa hazırlaşmır.

Kult.az xəbər verir ki, bu məlumatı Rusiya Mədəniyyət Nazirliyi yayıb. Nazirlik Varşavanın tələbinin hüquqi əsası olmadığını bildirib.

Moskva bu rəsm əsərlərinin müharibə zamanı ölkəyə vurulan zərərin qarşılığındakı kompensasiya qismində gətirildiyini açıqlayıb.

Mədəniyyət Nazirliyi bu haqqın beynəlxalq qanunvericilikdə təsbit edildiyini vurğulayıb.

“Bütün lazımi beynəlxalq razılaşmalar 1945-ci ildə Yalta konfransında əldə edilib. Daha sonra isə müttəfiq güclər arasında əlavə razılaşmalar imzalanıb. İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxmaq nəzərdən keçirilə bilməz”, – deyə Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi Vladislav Kononov bildirib.

Tarix
2020.01.21 / 12:24
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla