Yuxarı

Bakıda məşhur həkimin səhvi: 24 yaşlı qız öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baku Medical Plaza” klinikasında plastik əməliyyat zamanı 1996-cı il təvəllüdlü Turanə Musazadə dünyasını dəyişib.

Axar.az xəbər verir ki, Yenicag.az ölümün təfərrüatını əldə edib.

Məlumata görə, ölən şəxs sayca üçüncü plastik əməliyyatını keçirib. TV-lərdə ulduza çevrilən iranlı həkim Sirus Qoçxani sinəböyütmə əməliyyatını 8 min manata edəcəyini bildirib.

Sirus Qoçxani əməliyyat zamanı ürəyə gedən damarı kəsib. Nəticədə isə 1996-cı il təvəllüdlü Turanə Musazadə əməliyyat masasında dünyasını dəyişib.

Qeyd edək ki, bu ölüm hadisəsi Sirus Qoçxaninin ilk “işi” deyil.

Ötən ilin may ayında “Baku Medical Plaza”da Sirus Qoçxani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirmişdi.

2017-ci ildə isə daha qalmaqallı ölüm də Qoçxaninin səhvi ucbatından baş vermişdi. Belə ki, 22 yaşlı model Leyla Oruclu əməliyyat masasında ölmüşdü.

Buna baxmayaraq, Qoçxani Azərbaycanda fəaliyyətini davam etdirir.

Tarix
2020.05.15 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla