Yuxarı

Bu il ölən 3 gözəl modelimiz - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il gənc, gözəl və model kimi fəaliyyət göstərən 3 xanım dünyasını dəyişib.

Kult.az xəbər verir ki, onlardan biri gənc yaşlarından modelliklə məşğul olan Leyla Orucludur. 22 yaşlı gözəl model 21 iyun tarixində liposaksiya (piy sovurma) əməliyyatı zamanı dünyasını dəyişib. İranlı cərrah Sirus Qoçxaninin əməliyyatından sonra reanimasıyaya yerləşdirilən model növbəti gün dünyasını dəyişib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir.

Bu il həyatını itirən digər gənc və gözəl model isə Günel Mirzəyevadır. Model 27 iyunda Bilgəh çimərliyində bataraq dünyasını dəyişib. G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olduqdan sonra məşhurlaşıb. Gənc model ölümündən sonra Lənkəranda torpağa tapşırılıb.

Modelin ən böyük arzusu uşaq dünyaya gətirmək olub. Hətta o, məşhurlaşdığı “Miss Lafarella” müsabiqəsinə qatılan zaman özü haqda anketdə ailə qurmaq və ana olmaq istədiyini də qeyd edib.

Bu il dünyasını dəyişən digər gözəl gənc xanım isə aktrisa Mila Əminədir. Meningit xəstəliyindən əziyyət çəkən aktrisa bu ilin avqust ayında bir müddət komada qaldıqdan sonra vəfat edib. 29 yaşlı aktrisa xəstəliyi ilə əlaqədar Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Tarix
2017.11.14 / 00:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla