Yuxarı

Azərbaycanda gəminin heyət üzvləri koronaya yoluxdu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda gəminin heyət üzvləri koronaya yoluxdu

20:08

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Axar.az xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19-u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.

***

“Qurban Abbasov” kran-montaj gəmisində yoluxan heyət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid deyil.

Bunu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.

“Gəmi ASCO-ya aid olsa da, alyans müqaviləsi çərçivəsində uzunmüddətli “Caspian Marine Services” (CMS) şirkətinə icarəyə verilib. Həyət də həmin şirkətə aiddir. Bir daha bu xəstəliklə mübarizə aparan insanlara yastıqları yüngül olsun deyirik”, - o bildirib.

Tarix
2020.07.12 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla